30.06.2025, 15:40 - Baxış sayı: 109

26 İyun Ulu Öndər Heydər Əliyevin yaratdığı Azərbaycan ordusunun şərəf günüdür


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli “26 İyun Ulu Öndər Heydər Əliyevin yaratdığı Azərbaycan ordusunun şərəf günüdür” adlı yazısında bu gün 107-cü ildönümünü qeyd etdiyimiz Azərbaycan Silahlı Qüvvələri döyüş tapşırığını yerinə yetirməyə qadir olduğunu bütün dünyaya sübut etdiyini, hazırda Azərbaycan Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu sırasında yer aldığını, Azərbaycan ordusunun nailiyyətləri Ali Baş Komandan İlham Əliyevin əzmkar fəaliyyətinin nəticəsi olduğunu söyləyib. Günel Məlikli bildirib ki, tarixi prosesləri araşdırdıqca bir daha aydın olur ki, Heydər Əliyevin 1993-cü ilin 15 iyununda Azərbaycanda siyasi hakimiyyətə xilaskar missiyalı qayıdışı bizi milli müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdi. Həqiqi müstəqillik mərhələsində Heydər Əliyev hərbi sahəni daim diqqətdə saxlayırdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri qısa müddət ərzində Ermənistanın 30 il ərzində havadar­larının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi.- deyə Günel Məlikli vurğulayıb. 

science.gov.az