05.08.2025, 10:56 - Baxış sayı: 57

Dahi lider Heydər Əliyev və Azərbaycan mətbuatı


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli Azərbaycan mətbuatının 150 illliyinə həsr olunmuş “Dahi Lider Heydər Əliyev və Azərbaycan Mətbuatı adlı yazısında Azərbaycan Respublikasının böyük bir tarixi günü milli mətbuatın yaranmasının 150 illik yubileyini böyük təntənə ilə qeyd etdiyindən, görkəmli ziyalı Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi kimi tarixə düşməsindən, Cəlil Məmmədquluzadənin təşəbbüsü ilə «Molla Nəsrəddin» jurnalı bütün Şərqin mətbuat tarixində özünəməxsus yeri olmasından bəhs edib.

Gənc alim bildirib ki, Azərbaycan mətbuatı 150 il ərzində şərəfli inkişaf yolu keçib. Keçən yüzilliyin sonlarında xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizdə söz və məlumat azadlığının, fikir plüralizminin və digər demokratik dəyərlərin bərqərar olması üçün etibarlı zəmin yaratdığını söyləyib.

Azərbaycanda mətbuatın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu, 1969-cu il iyulun 14-də ümummilli lider, Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi mətbuatın inkişafında əsaslı dönüş yaradaraq, həmçinin Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində yeni perspektivlərə səbəb olduğunu yazısında əks etdirib.

Azərbaycan Teleradio Akademiyasının “Jurnalistika” ixtisasının məzunu olaraq, qeyd edirəm ki, 150 yaşlı mətbuatımız cənab Prezident, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə tarixin ən qüdrətli Azərbaycanının şərəfli salnaməsini yazacaqdır. – deyə Günel Məlikli vurğulayıb.

science.gov.az