30.09.2025, 10:59 - Baxış sayı: 91

MÖHTƏŞƏM ZƏFƏR TARİXİNİN YARADICISI ALI BAŞ KOMANDAN İLHAM ƏLİYEVİN QƏLƏBƏYƏ APARAN STRATEGİYASI


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli “Möhtəşəm zəfər tarixinin yaradıcısı Ali Baş Komandan İlham Əliyevin qələbəyə aparan strategiyası” adlı məqaləsində Prezident İlham Əliyevin Azərbaycan siyasi sisteminə rasional siyasi davra­nış modeli təqdim etdiyini, demokratiya­nın istismarçı siyasi vasitə deyil, milli mədəniyyətimiz və mentalitetimizlə, eyni zamanda, müsəlman sosial-psixoloji kimliyimizlə uzlaşan bir dəyər və yaşam tərzi olduğunu sübut etməklə intellektual əsaslarda yeni demokratik modernist cəmiyyət formalaşdırdığını, “neft kapitalını intelektual kapitala çevirək” devizi ilə kreativ gənclik yetişdirmək məsələsini strateji vəzifə kimi müəyyənləşdirməklə Azərbaycanın gələcək inkişafını təmin etdiyini bildirib.

Dosent Prezident İlham Əliyevin hərbi diplomatik fəaliyyətinin araşdırılması ordu quruculuğu səhəsindəki nailiyyətlərin nəzərdən keçirilməsi Azərbaycan Ordusunun dünyanın ən qabaqcıl hərbi texnikası ilə təhciz edilməsi və modernləşdirilməsi istiqamətində aparılan işlərlə sıx bağlı olduğunu söyləyib. Məlikli G.2020-ci ilin 44 günlük Vətən müharibəsində, ardınca 2023-cü ildə həyata keçirilən qısamüddətli lokal xarakterli antiterror tədbirləri ilə əsrlərin problemi yoluna qoyulduğunu, və bütün bunların, Müzəffər Ali Baş Komandan İlham Əliyevin güclü sərkərdəliyindən xəbər verdiyini yazısında əks etdirib. 2020-ci il Zəfəri ilə Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaradan Prezident İlham Əliyev hər keçən gün, hər ötən il Azərbaycana uğurlar bəxş edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dərsləri, əzmi, gərgin əməyi nəticəsində şanlı ordumuzun qazandığı tarixi zəfərin misli-bərabəri yoxdur. –deyə Günel Məlikli vurğulayıb.

science.gov.az