03.10.2025, 15:02 - Baxış sayı: 116

“Müasir fəlsəfi konsepsiyalarda tarixi dövrləşdirilmə” mövzusunda Dəyirmi Masa keçirilib


Oktyabrın 3-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Akt zalında ABŞ-ın “Hofstra” Universitetinin professoru, UNECKO-nun qədim əlyazmalar üzrə eksperti, Elyor Karimov ilə “Müasir fəlsəfi konsepsiyalarda tarixi dövrləşdirilmə” mövzusunda Dəyirmi Masa keçirilib.Tədbiri AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru f.e.d., professor İlham Məmmədzadə giriş sözü ilə açaraq qonağı salamladıqdan sonra sözü ABŞ-ın “Hofstra” Universitetinin professoru, UNECKO-nun qədim əlyazmalar üzrə eksperti, Elyor Karimova verib. Elyor Karimov çıxışında Azərbaycanın Özbəkistanda modern irsinin inkişafına, həmçinin özbək postmodern mədəniyyətinin formalaşmasına verdiyi töhfələrdən həmçinin, modernist ideyalarının repressiyalara rəğmən yaşayıb inkişaf etdiyi tarixi şəraitin işıqlandırılmasından və bu prosesdə Azərbaycan maarif və mədəni əlaqələrinin əhəmiyyətindən, Azərbaycanda yaranan modernizmin elmi-maarifçilik ideyalarının Orta Asiya xalqlarının milli kimliyinə güclü təsir göstərdiyi və sonradan müasir özbək kimliyinin əsasını təşkil etdiyini vurğulayib. Məruzəsində cədidçilik, post-cədidçilik, Azərbaycan, milli kimlik, Əlişir Nəvai və s. haqqında fikirlərini bölüşüb.E. Kərimov XX əsrin əvvəllərinin Orta Asiya türk xalqları üçün dönüş nöqtəsinin olduğunu, bu dövr regionun kapitalist inkişafı ilə bağlı əhəmiyyətli iqtisadi və sosial dəyişikliklərlə yadda qaldığını, bu dövrdə iqtisadi fəallığın artmasına və yeni sinfi strukturların yaranmasına kömək edən milli burjuaziyanın başlanğıcları formalaşmağa başlandığını, həmin dövrün ən mühüm cəhətlərindən biri də türk xalqları arasında fəal şəkildə yayılan yeni fəlsəfənin və yenilikçi ideyaların meydana çıxmasını qeyd etdi. Bu ideyalar, xüsusən də cəmiyyətin, təhsilin və mədəniyyətin müasirləşdirilməsi zərurəti ilə bağlılığı nəticədə müasir siyasi xalqların formalaşması başlandı ki, bu da regionun sonrakı tarixində mühüm amilə çevrildi.Dövrləşdirmə, fəlsəfi konsepsiyaların zaman içərisində necə transformasiyaya uğradığını izah etməyə çalışır.

Postmodernizm dövrü XX əsrin ortaları - sonları rasionalizmin tənqidi başlandıqdan sonra dilin qeyri-sabitliyi, həqiqətin nisbi olması və böyük ideologiyaların dağılması postmodern fəlsəfənin əsas tezislərinə çevrildi. Fuko, Derrida, Lyotard və Baudrillard kimi filosoflar bu yanaşmanı inkişaf etdirdilər. İdrakın gücü, fərdin azadlığı və obyektiv həqiqətə çatmaq arzusu fəlsəfənin əsas motivləri olmuşdur. Kant, Hegel və Marx kimi filosoflar bu dövrün aparıcı fiqurları olmuşlar. Posthumanizm və texnofəlsəfə yeni texnologiyalarla birlikdə insan Süni intellekt, biotexnologiya, rəqəmsal reallıq və post-insan dövrü konsepsiyaları fəlsəfi diskussiyalarda mərkəzi yer tutur. Burada insanın identikliyi, əxlaqı və hətta mövcudluğu belə yeni baxış altında olduğunu dəyərləndirərək dövrləşdirmə, fəlsəfi məktəbləri və onların ideya sistemlərini sadəcə zaman xətti üzrə ayırmaq deyil, həm də onları sosial, texnoloji və mədəni kontekstlərdə anlamaq metodudur. Beləliklə, müasir fəlsəfi konsepsiyaların dövrləşdirilməsi bizə yalnız keçmişi anlamağa deyil, həm də gələcək fəlsəfi tendensiyaları proqnozlaşdırmağa imkan verir-deyə qeyd edib.Dəyirmi Masada f.e.d., professor Əli Abasov, f.e.d., Füzuli Qurbanov, Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli, f.ü.f.d. dosent Faiq Ələkbərli, f.ü.f.d., dosent İradə Zərqanayeva, f.ü.f.d, dosent Şölət Zeynalov, f.ü.f.d. Məhəmməd Cəbrayılov, elmi işçi Həsənağa Məmmədli və başqaları çıxış etmişlər. Sonda E.Kərimov Dəyirmi masa iştirakçılarının mövzu ətrafında suallarını cavablandırıb.