10.06.2026, 09:32 - Baxış sayı: 17

Süni intellekt və gerçəklik: problemin fəlsəfi və sosial konteksti


İl­ham Məm­məd­za­də 

F.e.d., prof., AMEA Fəl­sə­fə və So­sio­lo­gi­ya İns­ti­tu­tu­nun di­rek­to­ru

e-ma­il: ­­­­ilham_ma­med­za­de@ma­il.ru

Xülasə

Süni intellekt fəlsəfəsi sahəsindəki düşüncə və araşdırmalar öncə bizdə şüur və ümumi, yaxud hələlik generativ (yaradıcı funksiyalara malik) süni intellekt və tamamlanmış (artırılmış, genişləndirilmiş) gerçəklik kimi fenomenlərə marağımızı daha da artırdı və sonra həm də gerçəkliyin fəlsəfi, sosial ölçülərdə dinamikası tədqiqinin labüdlüyü fikrini oyatdı, daha sonra isə aydın oldu ki, bu məsələlərin həllinə yol açan vasitələr gerçəklik və sosial reallığın qarşılıqlı münasibətləri və süni intellekt və onun inkişafının həmin münasibətləri aktuallaşdırma tərzi tərəfindən ehtiva edilir.

Marksist fəlsəfəsində özlüyündə əsl metodologiyanın obyektiv gercəkliyin mahiyyətinin dərkini şərtləndirdiyi nəzərdə tutularaq varlıq və hətta sosial varlıq məfhumları işlədilirdi, hərçənd bu zaman marksistlər İ.Kantın "özlüyündə şey" və "bizim üçün şey" məfhumlarını irəli sürdüyünü, yəni onun heç də hər şeyi dərk etməyin mümkün olmadığı barədə fikrinə əsaslanan aqnostisizmini unutmurdular. Bu səbəbdən fundamental elmlərin obyekti kimi gerçəkliyi sosial elmlərə xas olan sosial reallıqdan ayırmaq lazım oldu, buradan isə birinin obyektivliyi, digərinin isə narrativləri irəli gəlir. Bu cür bölgü uzun müddət davam etdi, fəqət güman edirik ki, süni intellektin inkişafı bizi gerçəkliyə, sosial reallığa və illüzor tamamlanmış gerçəkliyə, onların dinamikası, qarşılıqlı təsirləri və imkanlarına başqa cür baxmağa vadar edəcək.

Fikrimizcə, marksizmin bəzi müddəalarının mütləqliyi və toxunulmazlığına inam dərk olunan hər bir şeyin dəyişkənliyinin ehkamcasına qəbul edildiyi ilə, yəni mütləqlik və həqiqətin hər halda mövcud olduğu gümanı ilə bağlı idi. Yalnız indiki imkanlar və ən başlıcası, onların gələcəyə proyeksiyası bizi elmin, gerçəkliyin mahiyyəti və onun barəsindəki təsəvvürlərimizin dəyişmə dinamikası və onların fəlsəfəni, sosiologiyanı və s. necə dəyişdirdiyi xüsusunda yenidən düşünməyə sövq edir.

Açar sözlər: süni intellekt, gerçəklik, sosial reallıq, tamamlanmış gerçəklik, fəlsəfə.

ARTİFİCİAL INTELLİGENCE AND REALİTY:

THE PHİLOSOPHİCAL AND SOCİAL CONTEXT OF THE PROBLEM

Il­ham Mam­mad­za­da

DSc, pro­fes­sor, Di­rec­tor of the Ins­ti­tu­te of Phi­lo­sophy and So­cio­logy of ANAS

e-ma­il: il­ham_ma­med­za­de@ma­il.ru

Sum­mary

Reflections and research in the field of the philosophy of artificial intelligence initially led us to an interest in what is called consciousness, specially generative Artificial Intelligence and augmented reality. Then, realized that we also needed to explore the dynamics of reality in both philosophical and social dimensions. It became clear that the key to these questions also lies in the relationship between reality and social reality and in how Artificial Intelligence and its development actualize this relationship. Marxist philosophy used the concept of being and even social being, suggesting that a true methodology would help us understand what objective reality is. Although they also remembered Kant's writings about "things in themselves" and "things for us"—that is his agnosticism which proceeded from the premise that not everything can be understood. Therefore, it became essential to separate reality as the object of fundamental science from social reality, inherent to the social sciences, hence the objectivity of one and the narratives of the other. This division lasted for quite some time, but we believe that the development of Artificial Intelligence will force us to rethink reality, social and illusory augmented reality, their dynamics, interactions and possibilities. In our view, the belief in the absoluteness and immutability of certain Marxist tenets was linked to the fact that the mutability of everything understood was perceived dogmatically, it was assumed that absoluteness and truth do exist. But current possibilities and most importantly, their projection into the future, force us to rethink what science, reality is and the dynamics of changes in our understanding of it and how they change philosophy, sociology and so on.

Keywords: artificial intelligence, reality, social reality, augmented reality, philosophy.

ИСКУССТВЕННЫЙ ИНТЕЛЛЕКТ И РЕАЛЬНОСТЬ:

 ФИЛОСОФСКИЙ И СОЦИАЛЬНЫЙ КОНТЕКСТ ПРОБЛЕМЫ

ИльхамМамедзаде,

доктор философских наук, профессор,

директор Института Философии и Социологии НАНА

e-ma­il: ­­­­ilham_ma­med­za­de@ma­il.ru

Аннотация

Размышления и исследования в сфере философии искусственного интеллекта привели нас вначале к интересу и к тому, что называется сознание и генеральный или пока, что генеративный ИИ и дополненная реальность. Далее возникла необходимость исследования и того, что называется динамикой реальности в философском и социальном измерении. Постепенно стало понятным, что ключ к этим вопросам находится также и в том, что называется соотношение реальности и социальной реальности, а также в понимании того, каким образом развитие ИИ актуализирует это соотношение.

В марксистской философии использовалось понятие бытия, и даже социального бытия, предполагая, что истинная методология поможет разобраться с тем, что есть объективная действительность. Вместе с тем учитывалась и позиция И.Канта о «вещи в себе» и «вещи для нас», то есть его агностическая установка, согласно которой не во всем можно разобраться и не всё поддается окончательному познанию. Поэтому пришлось разделить реальность как объект фундаментальных наук от социальной реальности, присущей социальным наукам, отсюда объективность одной и нарративы другой. Такое разделение длилось довольно долго, но предполагаем, что развитие ИИ заставит нас по-иному посмотреть на реальность, социальную и иллюзорную дополненную реальность, их динамику, взаимодействие и возможности.

На наш взгляд, вера в абсолютность, незыблемость некоторых положений марксизма была связана с тем, что изменчивость всего того, что осмысляется, воспринималась догматически, то есть, предполагалось, что абсолютность и истина все-таки есть. Однако современные возможности, а самое главное - их проекция на будущее заставляют нас заново подумать над тем, что такое наука, что такое реальность и динамика изменений наших представлений о ней и того, как они меняют философию, социологию и другие гуманитарные науки.

Ключевые слова: искусственный интеллект, реальность, социальная реальность, дополненная реальность, философия.

Süni intellekt və gerçəklik

İnsana idrakını qüvvətləndirməyə kömək göstərmək və onun problemlərini birgə həll etmək generativ süni intellektin, gələcəkdə isə ola bilsin, özü müstəqil fikirləşmək, gerçəklik problemini yeni bir tərzdə ortaya qoymaq və bizə onun dərkini nə dərəcədə dərinləşdirə və sərhədlərini müəyyənləşdirə biləcəyimizi göstərmək güclü, ümumi süni intellektin imkanları daxilindədir. Bir qədər öncə Kantın rasional aqnostisizmini yada salmışdıq, indi isə Platonun "mağara" istiarəsini xatırladaq. Bu metaforada o, mahiyyət etibarilə "gerçəkliyin" sirrini açır, mağarada yaşayanlar onun hüdudlarından kənardakı aləmin mövcudluğundan bixəbərdirlər və ondan hali olmaq üçün mağa­ranı tərk edə bilmirlər, onlar şeylərin yalnız əksini, divarlara düşən gölgələrini əsl gerçəklik sanırlar. Güman etmək olar ki, Platonun zəmanəsindən sonra keçmiş dövr ərzində çox şey dəyişmiş, biz xeyli nə isə öyrənmiş və dəqiqləşdirmişik, amma, buna rəğmən, hələ də çox şeyi bilmirik. İstiarənin elmi araşdırmada rolu barəsində xeyli əsər yazılmışdır. Onlardan birinə, N.Yu. Kozlova­nın"Metaforik bənzətmə təfəkkür mexanizmi kimi" məqaləsinə ("Fəlsəfə məsələləri", 2023-cü il, №6) diqqət yetirək. Müəllif metaforanın tədqiqinin heç zaman elmi aktuallığın ucqarlarına çəkil­məyəcəyi fikrinə əsasalanır (həmin məqalə, səh. 97).

Fərz edə bilərik ki, böyük potensiala malik süni intellekt, ibarəli şəkildə, yəni yenə də "mağaranın" hüdudlarından kənar" istiarəsindən istifadə edərək, desək, bizim "mağaradan" kənardakı biliklərimizi çoxaltmaq imkanlarımızı ciddi surətdə və hətta əhəmiyyətli dərəcədə artıracaqdır. Hərçənd Platon insanların həqiqətdən agah olmaq istəyəcəklərinə və bunun qarşılığını ödəməyə hazır olduqlarına heç də əmin deyildi. Və Platonun həqiqət xüsusundakı bu şəkkindən gerçəkliyimizin süni intellektin köməyi sayəsində getdikcə daha çox ölçülə bilən, daha da mürək­kəbləşən olduğunun, elə maşınlarımızın da, özümüzün bu cür olduğumuzun dərki yaranır. Bu zaman kimsə süni intellektin insanları təhdid etdiyini sanmağa başlayır, onun fikirləşməyə, bilik qazan­mağa və hətta insanı ram etməyə başlayacağını hesab edir. Bizim fikrimizcə, Sİ mütəxəssislər üçün insan və özünəməxsus tərzdə düşünən maşın, müşahidəçi ilə onun obyekti arasındakı əlaqələr barədə düşüncələrinin daha dərin və dəqiq olmasını təmin edir. Ən azı, bəziləri üçün anlaşılan birlik – alim, müşahidəçi, maşın (Sİ), şüur və aləmin vəhdəti təşəkkül tapır, fəqət uzun müddət qədrini çox yaxşı bildiyimiz şeylər isə – gerçəklik xüsusunda düşüncələrdə şüurumuzun azadlığı, mütləqliyi – qeyb olur. Amma bu, heç də birmənalı deyil və insanın onun şüurunun mahiyyəti, neyron bioloji şəbəkə ilə süni şəbəkənin qarşılıqlı nisbəti və s. xüsusunda mülahizələri də ehtiva edən bir çox çağırış və suallara verəcəyi cavablardan asılıdır ((Маркус Дю Сотой «Нейросеть разумная»/ «КоЛибри», М.2024) - Marcus Dü Sotoy, "Ağıllı Neyron Şəbəkəsi" / "Kolibri", Moskva, 2024).

Fəqət bunun əvəzində belə bir ideya yaranır ki, gerçəklik müşahidəçi vasitəsi ilə onun təşəkkül tapdığı, yaşadığı, danışmağı və fikirləşməyi, emosional münasibət göstərməyi öyrəndiyi sosial reallıq ilə, sonuncu və gerçəklik xüsusunda onda və bizdə formalaşmış anlayışla bağlıdır. Elmlərin fun­damental və sosial elmlərə bölündüyü barədəki illüziya (aldadıcı təsəvvür, yanılma) burada sona çatır və ya çatmalıdır və sosiallığın fizikada, biologiyada inikasının və əksinə, gerçəkliyin sosial elmlərdə necə əks olunduğunun yeni bir ölçüsü yaranmalıdır. Süni intellekt, ən azı, hələlik, bizim şüur və intellektimiz olmadan var ola bilməz, hərçənd şüurumuz olmadan kainatın varlığını etiraf edirik, amma onun mövcudluğunu tanıyan bir kimsə yoxdur. Bu barədə xeyli əsər yaradılmış, xüsusən də müəllifləri Madlen Böme, Rüdiger Braun və Florian Breyerin olduğu "Biz necə insan olduq" ( Мадлен Беме, Рюдигер Браун, Флориан Брейер «Как мы стали людьми» «Издательство АСТ, М. 2022) kitabını qeyd etmək olar. Əvvəlcə qeyri-adi adaptasiya (uyğunlaşma) istedadı, daha sonra dil və təfəəkkür qabiliyyəti insanın təkamülünə və mövcud olmasına, heyvanlar aləmindən qurtulmasına gətirib çıxarmışdır.

Mövcudiyyət müəyyən detektor, apparat və maşınlardan istifadə edərək fiziki gerçəkliyin, riyazi və bunu da əlavə edək, fəlsəfi və sosial (psixoloji) reallığın müşahidə edilməsi, yaradılması və təsviri vasitəsilə qəti müəyyən etdiyimiz nəsnədir. Onu da qeyd etmək lazımdır ki, biz reallıqları onları tədqiq və təsvir edən elmlərə müvafiq olaraq bölmüşük, fəqət burada başlıcası gerçəklikdır, cevrəmizdəki sezdiyimiz və hali olduğumuz nəsnələr, kainat, aləmlərdir və indiki halda şərti olaraq sonlu sonsuzluğu onların vasitəsi ilə dərk etdiyimiz şeylərdir. Beləliklə, bu mövcudiyyət, indi artıq varlıq nəzəriyyəsi kimi, yalnız bizim varlığımız, nəsnələrin mahiyyətini dərk edən şüurumuzun mövcudluğu sayəsində mümkündür. Buna görə də, gerçəklikdə sosial reallıq anlayışını yaradan elmlərin - fəlsəfə, social fənlər və psixologiyanın yeri vardır. İnkişafın müəyyən bir mərhələsində gerçəklik və sosial reallığın bir-biri ilə qarşılıqlı surətdə bağlı olduğunun dərki təşəkkül tapır. Onu da qeyd etmək gərəkdir ki, elmin dünyanı izah etmək üzrə imkanları onun nailiyyətlərinin insanların özlərinə qarşı istifadə edilməsinə gətirib çıxara bilər, bu isə reallıqların qarşılıqlı asılılığını yalnız təsdiqləyir. Aydındır ki, süni intellekti biz yaratmışıq və bu səbəbdən, məsələn, F. Wilçekin yazdığı kimi, "...beyin xarici rəqəmsal orqanlarla getdikcə daha səmərəli surətdə qarşılıqlı təsir və əlaqədə bulunur." («Что мы думаем о машинах, которые думают» под редакцией Дж.Брокмана М., 2017, «АНФ», с. 141 - “ Biz düşünən maşınlar barədə nə fikirləşirik”. redaktoru J. Brokman, M., 2017, ANF, səh. 141). Fikrimizcə, bu, ictimai nöqteyi-nəzərdən necə dəyişdiyimizə, sosial reallığımızın təbəddülat xüsusiyyətinə, davranışımızın indi süni intellektin də köməyi ilə yaradılan reallığa təsir göstərən rasional və irrasional əsaslarının arasındakı qarşılıqlı əlaqənin necə dəyişdiyinə diqqət yetirməyi nəzərdə tutur.

Sosial reallığın dinamikası haqqında

Özümüz, öz “Mən”imiz və onu əhatə edənlər, onun ən yaxın dairəsinə daxil olanlar haqqında düşüncələrimizin məzmunu sosial reallığın ehtiva etdiyi ən maraqlı fenomenlərə aiddir. Onların təbəddül etdiyi də əhəmiyyət daşıyır, fəqət fərqli mədəniyyətlərə mənsub insanlar onları dəyişməz, sarsılmaz sayırlar (düzdür, müxtəlif dərəcələrdə). Buna baxmayaraq süni intellektin inkişafı ona gətirib şıxarır ki, biz həm onun bizi dəyişdirdiyini, həm də ona bəslədiyimiz münasibətin dəyişən gələcəyimiz üçün əhəmiyyət kəsb etdiyini anlamağa başlayırıq. Bax, həmin bu dəyişkənlik, bizcə, həyatımıza süni intellekt tərəfindən gətirilib və əslində bu, o deməkdir ki, biz sosial reallıq anla­yışımızı, özümüz haqda fikir, təsəvvür və biliklərimizin məzmununu süni intellektdən faydalanma xüsusiyyəti və onun barəsindəki biliklərimizlə əlaqələndirməyə bağlayırıq. Əgər əvvəllər həyatın mənasını dərk etmək üçün ictimai və humanitar elmlərə, yaddaşa (tarixə), etika və əxlaqa, incəsənətə yiyələnməyin zəruri olduğu hesab edilirdisə, hazırda bu sahədə riyaziyyata və ya bütün ictimai elmlərin riyaziyyatlaşdırılmasına ümid bəslənir. İlk baxışdan elə görünə bilər ki, biz Maarifçilik Dövrü alimlərinin hər bir yeniliyin fundamental elmlərdə, təbiətin qanunlarında ehtiva olunduğu barədəki fikrini təsdiqləyirik, fəqət söhbət yalnız bir mülahizədən, bir fərziyyədən gedir, zira sosial elmlər, məsələn, fəlsəfə, öz keçmişində indi baş verənləri izah etməyə qadir bir nəsnəyə malik ola bilər. Üstəllik, yuxarıda qeyd etdik ki, alimin fərdiliyi, şəxsiyyəti, “Mən”i onun elmi axtarışları, araşdırmaları və gəldiyi nəticələrində, həmçinin kollektivdə işləmək qabiliyyətində bulunur. Və bizcim fikirimizcə, söhbət yalnız onun “Mən”indən, daxili aləmindən deyil, həm də onun “Mən”inin onun "biz"ini, həmin kollektiv şüuru və davranışını (siyasəti) təşkil edən şeylərə, yəni onun "biz"inin təşəkküli surətinə, mükalimə və konstruktivliyə qadirlik dərəcəsinə və s. münasibətdən gedir.

Başqa sözlə, sosial reallığın mahiyyətini daha dəqiq müəyyən və ya heç olmasa təsvir etməyin və onun dinamikasının nədən ibarət və asılı olduğunu üzə çıxarmağın vaxtı gəlib çatmışdır. Adətən, sosial reallığa fərdlərin hərəkətləri, fəaliyyəti, onların sosial həyatı aid edilir, hərçənd indi fərdin fəaliyyətinin sosial dinamikaya ilə təəllüqü olduğu barədə daha az düşünürlərsə də fəqət rasional fəaliyyət göstərmək üçün sosial reallıq xüsusunda biliklərə əsaslanan anlayışların, təsəvvürlərin, yəni sosial reallığın dinamikasının olması tələb edilir. Yəqin ki, bunun üçün həmin məfhumu ilk dəfə işlətmiş A. Şütsun (Alfred Schütz) fenomenoloji sosiologiyasını yada salmaq gərəkdir. Amma sosial reall ictimai həyat və onun idarə olunması barədə bilikləri təşkil edən fenomenlər olmadan təsvir edilə bilməz. Beləliklə, elm sosial reallığı təsvir və izah edərkən, öz hüdudlarını bilərklən və müasir süni intellektin imkanlarından və hətta onunla mükalimədən faydalanaraq gələcəyi (bu, qeyri-adi görünsə də) əvvəlcədən görərkən fərdiliyin, şəxsiyyətin əhəmiyyəti, həmçinin onun qərarların qəbul edilməsinə təsiri artır və bu, alimin hansı cəmiyyətdə yaşadığı və işlədiyi, elmin necə idarə olunduğu və yalnız keçmiş deyil, həm də gələcək haqqında da daha çox şeyi dərk etməyi və bilməyi nəzərdə tutur.

Aydındır ki, süni intellekt fərdin davranış dinamikasına və onun fəaliyyət formalarına təsir göstərir və onları dəyişdirir. Bu məsələləri bəziləri həmmüəlliflərimizlə birlikdə yazılmış bir sıra kitab və məqalələrimizdə araşdırmışıq. Belə ki, həmmüəlliflərimizlə birlikdə yazdığımız "Süni intellekt fəlsəfəsi və gələcək elminin protosurətləri" (Bakı, 2024) kitabında biz müasir Azərbaycanın konkret şəraitində sosial elmin transformasiyası üsul və özgünlüyünü, epistemologiyanın, məntiqin və s. rolunu aydınlaşdırmağa çalışmışıq. Arif Bünyatovla birlikdə yazdığımız "Suni intellekt fəlsəfəsi və tarixi-mədəni epistemoloji yanaşma" (Bakı, 2025) adlı digər işimizdə tarixi-mədəni episte­mologiya və onun elmin inkişafının dərkindəki rolu ilə yanaşı, ictimainin və ideologiyanın cəmiy­yətin elmə, elmdə islahat və köklü dəyişikliklərə münasibətinə təsir göstərməkdə əhəmiyyəti, onun təhsil və yeni modellərin axtarışında rolu tədqiq edilir. Bundan əlavə, bu da əhəmiyyət daşıyır ki, bütün bu əsərlərdə cəmiyyətdəki siyasi, milli, mənəvi, əxlaqi və ideoloji yanaşmaların və dəyər anlayışlarının, alim etikasının (və yalnız onun deyil) sosial reallığın bir hissəsini təşkil etməsi, müxtəlif cəmiyyətlərdə nəzəri ideyalar fərdin, alimin davranışında onun özünün bir hissəsi olduğu sosial reallıq barəsində təsəvürü və ya onun dərki vasitəsi ilə əks olunduğu ideyası irəli sürülür.

Beləliklə, sosial reallığın dinamikasına göstətdiyimiz yanaşma sosial reallığın keçmişdə, hazırda və gələcəkdə olacaq təbəddülatının əvəzlənmələrini təhlil etməyi, bu reallığın məh­dudluğunun başa düşülməsini tələb edən metodoloji tarixi-mədəni epistemologiyanı, lakin, bununla bərabər, reallığın sərhədlərini, müxtəlif dövrlərdə məfhumlarda əks olunmuş əlaqəlrini, elmi gerçəkliklə rabitəsini, dəyişikliklər ehtimalı ilə münasıbətini və s. aydınlaşdırmağı nəzərdə tutur. Əlbəttə ki, bu yanaşma fəlsəfə tarixi, sosiologiya, etika və hüquq, siyasi fəlsəfə və s. mənbələrdən olan məlumatlardan faydalanmağı nəzərdə tutur. Bu informasiya nə qədər çox olarsa, sosial reallığın konseptuallığına şans, fərdin fəaliyyətinin və dinamikasının niyə məhz bu cür olduğunu adekvat surətdə anlamaq ehtimalı bir o qədər yüksək olar. Bundan başqa, bu cür təhlil cəmiyyətin sosial inkişafındakı təmayülləri (qrup, lider və fərdlərin struktur və davranışının qarşılıqlı təsiri və əlaqəsini) üzə çıxarmağa və ya hətta əvvəlcədən anlamağa, proqnozlaşdırmağa imkan verir. Vurğulamaq gərəkdir ki, həmin məsələlərə rasional yanaşma insanların davranışındakı irrasionallığa və illüzorluluğa, onlara dəyərlər, din və fərdi vərdişlərin necə təsir göstərdiyinin nəzərə alınmaması demək deyil. Buna rəğmən, süni intellektin inkişafı şəraitində gerçəklik və sosial reallıq arasındakı əlaqələrə diqqət yetirmək yalnız sosial və humanitar elmlərdə deyil, həm də fundamental elmlərdə fənlərarası tədqiqatların inkişafına kömək edir.

Virtual tamamlanmış gerçəklik haqqında

Pandemiya dövründə Azərbaycan AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda Avropa, Çin və Qazaxıstan filosofları və sosioloqlarının iştirakı ilə aktual məsələləri tədqiq edən bir neçə virtual laboratoriya yaradılmışdı. Həmin araşdırmaların nəticəsində bir neçə əsər, o cümlədən, məsələn, «Философия взаимодействия культур и новый «шелковый путь» (Баку, 2020 - "Mədəniyyətlərin qarşılıqlı təsiri fəlsəfəsi və Yeni İpək Yolu", Bakı, 2020) kitabı yarandı işıq üzü gördü. Bundan sonra, Azərbaycan və xarici ölkə alimlərinin iştirakı ilə növbəti virtual seminar və konfranslar keçirilən zaman bizə aydın oldu ki, söhbət müxtəlif informasiya obyektləri olaraq təd­qiqat qruplarının genişləndirilmiş, tamamlanmış reallığından, özgün virtual elmi mühitin və etikanın təşəkkülündən gedir. Hərçənd elmi mühit təşəkkül tapsa da, bunu vahid elmi etika xüsusunda deyə bilmərik. Alimlər informasiya mübadiləsi apardılar və kitabın ümumi materialları rəqəmsal yaddaşa həkk olundu, lakin, görünür, həmin əməlumatlardan fərqli nəticələr çıxarıldı. Beləliklə, söhbət elmdə virtual mühitin, tamamlanmış reallığın (Augmenting Our Reality - Reallığımızın artırılması) – özü də indi artıq bizim yeni sosial reallığımız və elmi fəaliyyətimizdə – təşəkkülündən gedir. Xüsusilə, vurğulamaq lazımdır gərəkdir ki, sosial reallıqda filosof və sosioloqların fəaliyyəti çox bəyük əhəmiyyət kəsb edir və bu prosesdən yayınmaq mümkün olmayacaq bu, elmimizin müasir inkişafının tələbidir. Fəqət anlayırıq ki, bu, həm də bir çağırışdır və biz ona cavab verməyə hazır olmalıyıq.Süni intellektin inkişafı bu məsələləri fəlsəfə və sosiologiya üçün actual edir. Fəlsəfədə artıq M. Heimin D. Çalmersin virtual mühit və onu dolduran rəqəmsal obyektlərin reallığı adlandırdığı fenomenin öyrənilməsinə təsir göstərmiş virtual realizm nəzəriyyəsi təhlil edilir. Tamamlanmış gerçəklik onun mahiyyətinin və sosial proses və sosial reallıqda hansı rol oynadığının və ya oynayacağının dərk edilməsi üzrə aparılan elmi araşdırmaların, əməkdaşlığın, düşüncələrin ayrılmaz hissəsinə çevrilir.

«Метафизика виртуальной реальности» (1993 - "Virtual realliğin metafizikasi", 1993) kitabında M. Heim, bəlkə də, əsərin adından da göründüyü kimi, virtual reallığı yalnız bir texnologiya kimi deyil, həm də bir fəlsəfə və metafizika kimi başa düşmüş ilk alimlərdən biridir. Bir gerçəklik kimi virtuallıq onun mövcud olması, təsir – özü də yalnız nəticələri, işıq üzü görmüş kitabları və birgə nəşrləri ilə deyil, həm də rəqəmsal informasiya təsiri ilə – göstərməsi deməkdir. Onun əsərində sonradan tanınmış Avstraliya-Amerika filosofu Devid Çalmersə və qeyd etməliyik ki, bizə də təsir göstərmiş bir neçə maraqlı fəlsəfi və sosioloji ideya vardır. Məsələn, qeyd edək ki, yalnız dünya strukturlarının deyil, həm də sosial prosesə, elmə, alim etikasına və s. təsir dərəcəsinə görə sosial reallıqların iyerarxiyası təşəkkül tapır. Heim hesab edirdi ki, ki, bütün bunların əsasında onun yeganə real, həqiqi mövcudluğu olan saydığı fiziki aləm yerləşir. Biz isə düşünürük ki, virtual olanın təsirini ehtiva edən fiziki dünya indiyə qədər olduğu dərəcədə real olmaqdan uzaqlaşır. Əbəs yerə deyil ki, sonrakı əsərlərində, məsələn, "Virtual realizm" (2000) kitabında o, bu dünyalar arasındakı məsafəni qısaltmağın yollarını arayır.

Этими вопросами занимается и Чалмерс, который размышляет по поводу вопроса «Присутствуют ли объекты дополненной реальности в физическом пространстве» и пред­лагает не искать на них однозначного ответа, он утверждает, что они как бы присутствуют, так как не обладают, как он отмечает, физической материей.

"Fiziki məkanda tamamlanmış gerçəklik obyektləri varmı?" məsələsi üzərində düşünən Çalmers də bu problemlərlə məşğuldur və onlara qəti cavab axtarmamağı təklif edərək bildirir ki, onlar sanki mövcuddur, çünki, onun qeyd etdiyi kimi, fiziki materiyaya malik deyillər. Biz isə hesab edirik ki, ən azı, sosial məkanda tamamlanmış gerçəklik fiziki gerçəkliyin sosial reallıq və tamam­lanmış gerçəkliyə necə təsir göstərdiyinin və onların elmə əks təsirinin təhlilini tələb edir. (Chalmers, David J. (2019) «The Virtual as the Digital», Disputatio, Vol. 11 (55), p. 453-486 "Virtual rəqəmsal kimi", Disputatio, Cild 11 (55), p. 453-486). Bu məsələlər üzərində düşünərkən Chalmers iddia edir ki, fəlsəfə onun özü və illüzor virtual reallıq anlayışının hansı münasibətlərdə bulunduğunu dərk etməyə çalışmalıdır. Onun fikrincə, bu cür illüzorluğu o, virtual reallıq fiziki gerçəkliyin bir hissəsi kimi nəzərdən keçirildikdə qəbul edir (Chalmers. David. J. (2022) Reality+: Virtual Worlds and Problems of Philosophy, W.W. Norton, New York; Allen Line, London). Fikrimizcə, bu məsə­lələri fəlsəfənin köməyi ilə tədqiq edərkən, elmi və sosial reallığın başa düşülməsindəki məlum məhdudiyyətə və digər elm və sahələrdən informasiya cəlb edilməsinə amadə olmaq gərəkdir. Müasir cəmiyyətin həyatında virtual illüziyaların mahiyyətinin dərk olunmasında iştirak etmək fəlsəfə və digər elmlərlə birlikdə əməkdaşlıqda fənlərarası tədqiqatlar aparmaq tələb olunur. Bu haqda həmmüəlliflə birlikdə yazılmış və "Fəlsəfə məsələləri" jurnalının 2025-ci il, 11 saylı buraxıılışında dərc olunmuş "Azərbaycanda fəlsəfə və sosiologiya haqqında" adlı məqaləmizdə yazmışdıq.

Nəticə

Gerçəklik, sosial reallıq, epistemologiya, fənlərarası tədqiqatlar və süni intellekt bir-biri ilə bağlıdır və bu əlaqə gerçəklik məfhumu vasitəsi elmlərin inkişafına getdikcə daha çox təsir göstərir. Bu məsələlərin fəlsəfə və sosiologiyada necə tədqiq olunduğu yalnız onların özləri üçün böyük maraq doğurmur. Düşünürük ki, gerçəklik və sosial reallığın dinamikasının tamamlanmş gerçəkliyin (virtual aləmin) tədqiqinin aktuallaşdırılmasını tələb edir. Üstəlik, fərz edirik ki, müasir cəmiyyətlərdə real­lıqların iyerarxiyasını təhlil etmək zəruridir. Bu reallıqların hərtərəfli və müqayisəli təhlili ölkənin elmi inkişaf səviyyəsinin daha da yüksəldilməsi və dəqiqləşdirilməsini, cəmiyyətin həyatında fiziki gerçəklik və riyazi reallığın əhəmiyyətinin və sosial reallığın və tamamlanmış gerçəkliyin elmə əks təsirinin dərk edilməsini nəzərdə tutur. Həmçinin nəzərə alınmalıdır ki, müasir elm təkcə struktur, dəyər və institutları deyil, həm də sosial prosesləri və fərdi elmi fəaliyyətin dinamikasını tədqiq etməlidir: məhz bu, alimin elmi həyatda, tədqiqatlarda axtarışlarda və s. iştirakının və alim etikasının əhəmiyyətini anlamağa imkan verir.

Belləliklə, yanaşmamız tarixi-mədəni epistemologiyanı sosial və elmi reallıqla, illüzor təsəvvürlərin, rəqəmsal və virtual reallığın müasir cəmiyyətlərin həyatındakı əhəmiyyəti ilə tamamlamağa imkan verir.

Biblioqrafiya

1. Chalmers, David J. (2019) «The Virtual as the Digital», Disputatio, Vol. 11 (55), p. 453-486

2. Chalmers. David. J. (2022) Reality+: Virtual Worlds and the Problems of Philosophy, W.W. Norton, New York; Allen Line, London

3.Вильчек Ф. («Что мы думаем о машинах, которые думают» под редакцией Дж.Брокмана М., 2017, «АНФ», с. 141

4.Маркус Дю Сотой «Нейросеть разумная»/ «КоЛибри», М.2024