06.10.2025, 13:43 - Baxış sayı: 98

"Etika" və "Sosial Psixologiya” şöbələrinin “Donald Tramp və İlham Əliyev: Azərbaycan-ABŞ münasibətlərinin siyasi-psixoloji aspektləri” mövzusunda elmi seminarı keçirilib


6 oktyabr 2025-ci il il tarixində AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda "Etika" və "Sosial Psixologiya” şöbələrinin “Donald Tramp və İlham Əliyev: Azərbaycan-ABŞ münasibətlərinin siyasi-psixoloji aspektləri” mövzusunda elmi seminarı keçirilib. AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə çıxışında Azərbaycan-ABŞ münasibətlərinin siyasi-psixoloji aspektləri mövzusu ilə bağlı öz fikirlərini bölüşüb.

Professor Prezident İlham Əliyevin öz müsahibəsində Azərbaycan-ABŞ münasibətlərinin siyasi-psixoloji aspektlərinin həm fəlsəfi, həm ideoloji aspektləri təhlil olunduğunu bildirib. ABŞ Prezidentinin dövlətimizin başçısına "Siz böyük lidersiniz" kimi yüksək qiymət verməsi həm Prezident İlham Əliyevə, həm də Azərbaycan xalqına verilən dəyərin bariz göstəricisidir. Bütün bunlar Prezident İlham Əliyevin peşəkar, uzaqgörən və praqmatik siyasətinin nəticəsi kimi dəyərləndirilməlidir. Dünyanın ən böyük və nüfuzlu dövləti, supergücü ilə münasibətlərin qurulması Azərbaycan Prezidenti İlham Əliyevin uzun illər apardığı uğurlu xarici siyasəti, gərgin və uzaqgörən fəaliyyəti nəticəsində baş verib.

Sonra “Sosial psixologiya” şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, gənc alim Günel Məlikli Prezident İlham Əliyevin müdrikliyi və uzaqgörənliyi, nəyi nə vaxt və necə həll etmək məharəti sülhün və ədalətin silah gücünə bərqərar olmasına şərait yaratdığını bildirib. İlham Əliyevin güclü intuisiyası, mühakimə qabiliyyəti və iti ağılı hər bir vəziyyətdə optimal qərar qəbul etməyə imkan verdiyini və Müzəffər Ali Baş Komandan İlham Əliyev heç bir dövlətin edə bilmədiyini qısa zaman ərzində həyata keçirdiyini söylədi. Günel Məlikli Prezident Donald Tramp Azərbaycan Prezidentinin fəaliyyətinə dəyərli sözlərlə verdiyi qiyməti Ağ Evin rəmzi qızıl açar hədiyyəsi ilə bir daha təsdiqlədiyini vurğulayıb.

Bununla İlham Əliyev Trampın qızıl açar bağışladığı nadir insanlardan biri oldu. Donald Trampın Azərbaycan Respublikasının Prezidenti barədə söylədiyi fikirlər, ilk növbədə, İlham Əliyevin güclü və nüfuzlu siyasətçi obrazını bir daha təsdiq edir. ABŞ görüşlərində əldə edilən qələbələr Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılmış böyük Zəfərimizin, suverenliyimizin tam bərpasının məntiqi nəticəsidir - deyə Günel Məlikli vurğulayıb.