Professor Əli Abasovun 75 illik yubileyi qeyd edilib
Bu gün AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda “Müasir fəlsəfə problemləri” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Əli Abasovun 75 illik yubleyi qeyd edilib.
İnstitutun direktoru, f.e.d., professor İlham Məmmədzadə Əli Abasovu yubileyi münasibəti ilə təbrik edərək, professorun elmi fəaliyyətinə qısa nəzər salıb:
- Əli müəllim, Sizi 75 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik! Sizin elmi və pedaqoji fəaliyyətiniz Azərbaycan fəlsəfi fikrinin inkişafına, xüsusən də müasir fəlsəfi düşüncənin formalaşmasına verdiyiniz mühüm töhfələrlə səciyyələnir. Onilliklər ərzində apardığınız tədqiqatlar, yetirdiyiniz tələbələr və elmi əsərləriniz bu sahədə silinməz iz buraxmışdır.
Siz hər zaman intellektual dürüstlük, dərin təfəkkür və vətənpərvərlik nümunəsi olmuş, həm elmi ictimaiyyətin hörmətini qazanmışsınız.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, ailə səadəti, elmi fəaliyyətinizdə yeni-yeni nailiyyətlər və uzun ömür arzu edirik. Qoy qarşıdan gələn illər də Sizi yeni ideyalar, uğurlar və xoş anlarla müşayiət etsin!
Yubiley iştirakçıları Əli Abasovu yubileyi münasibəti ilə təbrik edib, alimə elmi yaradıcılığında və şəxsi həyatında uğurlar arzulayıblar.
Sonda professor İlham Məmmədzadə və AMEA Azad Həmkarlar Təşkilatının sədri dosent Sənan Həsənov professor Əli Abasovu fəxri fərmanla təltif ediblər. 

