Fəlsəfə üzrə fəlsəfə doktoru Nailə Əsədova Beynəlxalq Konqresdə iştirak etmişdir
Fəlsəfə üzrə fəlsəfə doktoru Nailə Əsədova 10-12 oktyabr tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən Müasir Elmi Tədqiqatlar üzrə 8-ci Beynəlxalq İstanbul Konqresində iştirak etmiş və “The irreal content as an ontological basis of aesthetic thought” (“İrreal məzmun estetik fikrin ontoloji əsası kimi”) adlı məruzə ilə çıxış etmişdir.
Nailə Əsədova eyni zamanda İstanbul Universitetinin Fəlsəfə bölümünün başkanı Prof. Dr. Nedim Yılmaz ilə keçirilən görüşdə iştirak etmiş, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutu ilə İstanbul Universitetinin Fəlsəfə bölümü arasında qarşılıqlı əməkdaşlıq barədə danışıqların iştirakçısı olmuşdur.

