24.10.2025, 10:44 - Baxış sayı: 31

Dosent Radif Mustafayev "Tədris prosesində dinə yanaşmaların fərqləndirilməsi" adlı məruzə ilə çıxış etmişdir


23 oktyabr 2025-ci il tarixində AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun İslam fəlsəfəsi və dinşünaslıq şöbəsinin aparıcı elmi işçisi, f.ü.f.d., dos. Radif Mustafayev Azərbaycan Respublikası Dini qürumlarla iş üzrə Dövlət Komitəsi, Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi dəyərlərin təbliği Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilmiş "Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində" beynəlxalq simpoziumun "Din təhsilinə müxtəlif yanaşmalar" panelində "Tədris prosesində dinə yanaşmaların fərqləndirilməsi" adlı məruzə ilə çıxış etmişdir. Məruzədə dini tədris edərkən dinə üç fərqli: elmi, dini və fəlsəfi yanaşmaların fərqləndirilməsinin vacibliyi vurğulanır. Öncə din və dünyagörüş münasibətlərinin açıqlanmasına diqqət çəkmiş məruzəçi təqdimatında hər bir yanaşmaya ayrıca diqqət çəkərək onların qarşılıqlı təsir və əlaqələrinin də tədrisdə tolerantlıq mühitini formalaşdırdığını qeyd etmişdir.