27.10.2025, 15:21 - Baxış sayı: 50

“Siyasətin fəlsəfəsi və sosiologiyası” və “Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi” şöbələrinin birgə elmi-nəzəri seminarı keçirilmişdir


 27 oktyabr 2025-ci il tarixində AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Siyasətin fəlsəfəsi və sosiologiyası” və “Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi” şöbələrinin birgə, Konstitusiya və Suverenlik ilinə həsr edilmiş “Zəfərdən tam suverenliyə gələn yol” elmi-nəzəri seminar keçirilmişdir.

Seminarda giriş sözü ilə İnstitutun direktoru f.e.d., professor İlham Məmmədzadə və elmi işlər üzrə direktor müavini, t.e.d. Eynulla Mədətli çıxış etdi.

Seminarda “Heydər Əliyev iris və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin baş elmi işçisi, f.e.d. Ziba Ağayeva “Milli kimlik dövlət suverenliyinin tərkib hissəsi kimi” adlı məruzə ilə, daha sonra “Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsinin aparıcı elmi işçisi s.e.ü.f.d. Zaur Əliyev “Zəfər günü və yeni geosiyasi reallıqlar” adlı məruzə ilə çıxış etdilər.

Seminarda “Siyasətin fəlsəfəsi və sosiologiyası” və “Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi” şöbələrinin əməkdaşları baş elmi işçilər, f.e.d. Z.Ağayeva, f.e.d., dos. L.Mövsümova, aparıcı elmi işçilər, f.ü.f.d. T.Qasımova, f.ü.f.d., , f.ü.f.d., dos. Ə.İbrahimov, elmi işçilər N.Əlicanova, S.Quliyeva, kiçik elmi işçi C.Hüseynli, kiçik elmi işçi S.Əliyeva, baş laborant G.Cabarova və laborant M.Əliyeva, şöbənin doktorantları iştirak etmişlər.

Seminar mövzusu ətrafında diskusiyalar olmuş, geniş müzakirələr aparılmışdır.