“Müasir Azərbaycan və Türk fəlsəfi əlaqələri” mövzusunda Beynəlxalq Konfrans keçirilib
Oktyabrın 28-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda “Müasir Azərbaycan və Türk fəlsəfi əlaqələri” mövzusunda Beynəlxalq Konfrans keçirilib.
Konfransı AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə açaraq, giriş sözündə Azərbaycan və Türk xalqlarının fəlsəfi əlaqələri bu gün sadəcə elmi əməkdaşlıq çərçivəsində deyil, həm də ümumtürk mədəni-fəlsəfi kimliyinin formalaşması prosesində mühüm rol oynayır. Hər iki xalqın düşüncə tərzi keçmiş köklərdən qaynaqlanır: mənəviyyat, azadlıq, ədalət və milli varlıq ideyaları. Müasir dövrdə bu ortaq fəlsəfi istiqamət təkcə regional deyil, həm də qlobal fəlsəfi məkanda Türk sivilizasiyasının intellektual töhfəsini formalaşdırır. Bu baxımdan da Azərbaycan və Türk fəlsəfələrinin inteqrasiyası gələcəkdə Türk dünyasının elmi və mədəni inkişafında strateji əhəmiyyət daşıyan bir mərhələ kimi qiymətləndirildiyini qeyd edib.
Bu əlaqələr türk dünyasının intellektual birliyini və gələcək mədəni strategiyasını formalaşdıran əsas sütunlardan biridir. Müasir Azərbaycan və Türk fəlsəfi əlaqələri ortaq mədəni, tarixi və mənəvi dəyərlər üzərində formalaşır, həm də milli kimliyin fəlsəfi əsaslarının möhkəmləndirilməsi, türk dünyasının mənəvi birliyinin dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Tarix və ənənənin yeri bu kontekstdə vacibdir. Müasirlik bizdən yeni baxışlar tələb edərək, həm fəlsəfi, həm sosioloji, həm siyasi aspektdə ola bilər. Bu mərhələdə Azərbaycan və Türk dünyası ilə fəlsəfi əlaqələr yalnız ümumi mədəni yaxınlıqla məhdudlaşmır, həm də ortaq dünyagörüşün, milli kimliyin və türk fəlsəfi sisteminin formalaşmasına yönəlmişdir.
Sonra (onlayın) Yıldırım Bayazit Universiteti phd. Mehtap Doğan “Yapay zekav'eaxlaki sorumluluk”, Əl-Fərabi Dövlət Universiteti, kafedra müdiri, professor Nagima Baytenova “Qazaxıstan yə Azərbaycan türk humanitar inteqrasiyası kontekstində”, Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, f.ü.f.d. Faiq Ələkbərli “Türk xalqlarının fəlsəfəsində yeni mərhələ: problemlər və həll yolları”, Fəlsəfə və Sosiologiya İnstitutu, elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli Batum konfransından başlanan Azərbaycan-Türkiyə birliyi tarixin sınaqlarında”, Hacı Təpə Universiteti, Dış əlaqələr şöbəsinin müdiri dosent Anar Somuncuoğlu “Azərbaycan və Türkiyə ilişkileri ve TDT (TürkDövlətləri Təşkilatı)”, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov- “TDT-nin ((Türk Dövlətləri Təşkilatı)) güclənməsində Azərbaycanın rolu: fəlsəfi yanaşma” mövzusunda çıxış ediblər.
Sonda Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., profesor İlham Məmmədzadə tədbir iştirakçılarına və onlayın qoşulan alimlərə öz təşəkkürünü bildirib.




