Dosent Günel Məlikli beynəlxalq konfransda Azərbaycan-ABŞ əlaqələrindən danışıb
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, gənc alim siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli Ali Baş Komandan, Prezident İlham Əliyevin xarici siyasətinə həsr edilmiş “THE DIPLOMACY OF DONALD TRUMP AND ILHAM ALIYEV IS A SIGNIFICANT POLITICAL SUCCESS OF AZERBAIJAN-US COOPERATION” mövzusunda ABŞ-nın Çikaqo şəhərində keçirilən Beynəlxalq konfransda onlayn çıxış etdiyinə görə sertifikatla mükafatlandırılıb.Çıxışında Dosent Günel Məlikli Prezident İlham Əliyevin müdrikliyi və uzaqgörənliyi, nəyi nə vaxt və necə həll etmək məharətinin sülhün və ədalətin bərqərar olmasına gətirib çıxardığını bildirib. Dövlət başçısının güclü intuisiyası, mühakimə qabiliyyəti və iti zəkasının hər bir vəziyyətdə optimal qərar qəbul etməyə imkan verdiyini və Müzəffər Ali Baş Komandan İlham Əliyevin heç bir dövlətin edə bilmədiyini qısa zaman ərzində həyata keçirdiyini söyləyib. Günel Məlikli Prezident Donald Trampın Azərbaycan Prezidentinin fəaliyyətinə dəyərli sözlərlə verdiyi qiyməti Ağ Evin rəmzi açarını hədiyyə etməsi ilə bir daha təsdiqlədiyini vurğulayıb.
G.Məlikli Cənab Prezident İlham Əliyevin siyasi strategiyası və qoyulan məqsədlərə çatması yolu siyasi liderliyin nadir nümunəsi olduğundan bəhs edib. Azərbaycanla ABŞ, İlham Əliyevlə Donald Tramp arasında münasibətlər səmimi xarakter daşıyır. Bütün bunlara əsasən deyə bilərik ki, iki ölkənin liderləri arasında olan belə münasibət Azərbaycan-ABŞ əməkdaşlığında yeni səhifə açacaq. Bununla Prezident İlham Əliyev Donald Trampın qızıl açar bağışladığı nadir insanlardan biri oldu. Donald Trampın Azərbaycan Respublikasının Prezidenti barədə söylədiyi fikirlər, ilk növbədə, İlham Əliyevin güclü və nüfuzlu siyasətçi obrazını bir daha təsdiq edir. ABŞ görüşlərində əldə edilən qələbələr Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılmış böyük Zəfərimizin, suverenliyimizin tam bərpasının məntiqi nəticəsidir”, - deyə Günel Məlikli vurğulayıb.

