04.12.2025, 11:20 - Baxış sayı: 89

Azərbaycan Respublikasında əlillərin sosial müdafiəsi, sosial-psixoloji problemləri dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanılır


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli “Azərbaycan Respublikasında əlillərin sosial müdafiəsi, sosial-psixoloji problemləri dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanılır” adlı məqaləsində Əlilliyin bu və ya digər səbəblər nəticəsində insan fiziologiyasında pozulmaları yaranması, insanın əmək qabiliyyətini qismən və ya tamamilə itirməsi olduğunu, və bu həssas qrupa daxil olan insanların həm sosial, psixoloji problemləri dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanıldiğını, insanın sağlamlıq vəziyyətinin pozulması nəticəsində yaranan əlillik zamanı tibbi model çərçivəsində həmin pozuntuların terapiya vasitələri ilə minimuma endirilməsi nəzərdə tutulduğunu bildirib.

Dosent qeyd edib ki, hazırda ölkəmizdə xeyli sayda müharibə əlili var ki, bunlar Azərbaycanın müstəqilliyi uğrunda sağlamlığını qurban vermiş insanlardır. Ulu öndər Heydər Əliyevin əlillərə diqqət və qayğısı nəticəsində 1997-2003-cü illərdə 508 əlil ailəsi mənzil, 138 əlil fərdi evlə təmin olunmuş, 1090 nəfər əlilə minik avtomobili verilmişdir. Bu gün Azərbaycanda əlillərin sosial müdafiəsi sosial siyasətin prioritet istiqamətlərindən biri olduğunu, dövlət əlillərlə bağlı müxtəli tədbirlər planı həyata keçirdiyini, onların dövlətin bütün qayğısından və imtayazlarından yararlanmaları üçün bütün mümkün addımlar atdığını söyləyib.

Prezident İlham Əliyev əlillərə verilən sosial müavinətlərin miqdarı əhəmiyyətli dərəcədə artmışdır. Əlillərə qayğı məsələsində ölkəmizin birinci xanımı, Birinci Vitse Prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əməyi də böyükdür. Məhz bu fondun köməkliyi ilə əlillər üçün xüsusi mərkəz istifadəyə verilib. Bu mərkəzdə əlillərin zəruri ehtiyacaları ödənilir, dərman vasitələri və s. verilir. 2004-cü ilin mayında açılışı olan Heydər Əliyev Fondu yardıma ehtiyacı olan insanlara yardım etməkdədir. Heydər Əliyev Fondunun məqsədləri sırasında yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək mühüm yer tutur. – deyə Günel Məlikli vurğulayıb.

https://science.gov.az/az/news/open/34255