05.12.2025, 16:31 - Baxış sayı: 61

“Azərbaycan Respublikası – Gürcüstan münasibətləri: məsafəli qonşuluqdan strateji tərəfdaşlığa” mövzusunda dəyirmi masa keçirilib


5 dekabr 2025-ci il tarixində Enerji təhlükəsizliyi siyasəti və gürcüstanşünaslıq şöbəsinin təşkilatçılığı ilə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Azərbaycan Respublikası – Gürcüstan diplomatik əlaqələrinin qurulmasının 33-cü ildönümünə həsr olunmuş “Azərbaycan Respublikası – Gürcüstan münasibətləri: məsafəli qonşuluqdan strateji tərəfdaşlığa” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru, fəlsəfə elmlər doktoru, professor İlham Məmmədzadə Azərbaycan və Gürcüstan arasındakı münasibətlərin Cənubi Qafqaz regionunun geosiyasi bütövlüyü və regional təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət daşıdığını,Azərbaycan–Gürcüstan münasibətlərinin son 30 ildən çox sadə qonşuluqdan genişmiqyaslı strateji tərəfdaşlıq modelinə çevrilməsi bu tərəfdaşlığın təməlini qoysa da, siyasi, iqtisadi, humanitar və təhlükəsizlik sahələrində geniş əməkdaşlıq iki ölkə arasında uzunmüddətli qarşılıqlı etimadı təmin etdiyini vurğulayıb. Cənubi Qafqazın gələcək inkişafında da Azərbaycan–Gürcüstan tandemi mühüm rol oynamaqda davam edəcəkdir - deyə, qeyd edib.

Daha sonra  professor İlham Məmmədzadə sözü tədbirin moderatoru Enerji təhlükəsizliyi siyasəti və gürcüstanşünaslıq şöbəsinin müdiri s.e.ü.f.d. Samirə Həbibbəyliyə verib.

S.e.ü.f.d Samirə Həbibbəyli “Azərbaycan-Gürcüstan diplomatik münasibətlərinin inkişaf dinamikası” mövzusunda çıxış etmişdir. Çıxışında hər iki ölkə arasında regional sabitliyin və inkişafın açarı, xüsusi siyasi və diplomatik münasibətlərinə toxunaraq bildirib ki, Azərbaycan-Gürcüstan əməkdaşlığının qorunması iki dövlət arasındakı münasibətlərin təkamülü təkcə fundamental bir sütun təşkil edir. İkili münasibətlərin dinamikası yalnız iki dövlət arasında deyil, eyni zamanda regionda sülhün, inkişafın, təhlükəsizliyin və əməkdaşlığın təşviqində mühüm rol oynayır. Məsafəli qonşuluq münasibətləri modelindən ortaq maraqlara əsaslanan strateji tərəfdaşlıq səviyyəsinə yüksələn və güçlü siyasi iradə, konstruktiv əməkdaşlıq və ağıllı güc strategiyaları ilə möhkəmləndirilən Azərbaycan-Gürcüstan münasibətləri davamlı və dayanıqlı xarakter daşıyır deyə, - S.Həbibbəyli vurğulayıb.

Tədbirdə şöbənin aparıcı elmi işçisi, f.ü.f.d., dos. Vahid Ömərov “Gürcüstan azərbaycanlıları və Azərbaycanda yaşayan gürcü mənşəli əhalinin müqayisəli etno-mədəni təhlili”, şöbənin böyük elmi işçisi Naziyə Məmmədova “İkitərəfli münasibətlərin mədəni-hümanitar aspektlərinin politoloji təhlili”, şöbə müdiri f.e.d. Füzuli Qurbanov “Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında Azərbaycan Respublikasının rolu”, şöbə müdiri f.ü.f.d. Məhəmməd Cəbrayılov “Azərbaycan-Gürcüstan münasibətlərinin geosiyasi aspekti”, f.ü.f.d.. dosent Şölət Zeynalov “Azərbaycan-Gürcüstan münasibətlərinin müasir sülh quruculuğu kontekstində”, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev “Gürcüstanla bağlı sənədlərin araşdırılması”, f.ü.f.d. Sevinc Həsənova, f.ü.f.d., dosent Əli İbrahimov, elmi işçisi Xanımağa İsmayılova çıxış edərək mövzular ətrafında öz fikirlərini bölüşblər.

Sonda İnstitutun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru, Eynulla Mədətli mövzu ilə bağlı fikirlərini bildirərək, mövzunun aktuallığını bildirib.