09.12.2025, 12:51 - Baxış sayı: 68

Azərbaycan tarixində müstəqillik uğrunda mübarizənin simvolu - Fətəli Xan Xoyskinin ictimai-siyasi irsinin təbliği mühüm hadisədir






AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli “Azərbaycan tarixində müstəqillik uğrunda mübarizənin simvolu - Fətəli Xan Xoyskinin ictimai-siyasi irsinin təbliği mühüm hadisədir” adlı məqaləsində  Prezident İlham Əliyevin Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncamını, dahi lider Heydər Əliyevin onun haqqında çıxışlarını qeyd edərək, Fətəli xan Xoyskinin fədakar ziyalılar nəslinin parlaq nümayəndəsi olduğunu bildirib.


Dosent ümumilikdə “Zülmət səltənətində işıq” olan bu parlaq şəxsiyyət Fətəli Xan Xoyski əslində öz xalqının yolunda ömrünü şam kimi əridən dan ulduzu olduğunu söyləyib. Bildirib ki, sonrakı gələn nəsillərə bu ulduzun işığı bələdçilik edəcəkdi. Moskva Dövlət Universitetinin məzunu Fətəli xan Xoyski qazandığı biliklərini müstəqilliyini təzəcə elan etmiş doğma Azərbaycanda təhsil alacaq gəncliyə öyrətmək eşqi, arzusu ilə yaşamışdı. Azərbaycan tarixində müstəqillik uğrunda mübarizənin simvolu olan Fətəli Xan Xoyskinin ictimai-siyasi irsinin təbliği mühüm hadisədir.- deyə G. Məlikli vurğulayıb.

https://science.gov.az/az/news/open/34287