11.12.2025, 12:16 - Baxış sayı: 40

Hafizə İmanova “İqlim dəyişikliyi kontekstində gender bərabərliyi: qadınların hüquq və imkanlarının gücləndirilməsinə” dair treninq seminar keçirib


10 dekabr 2025-ci il tarixində Fəlsəfə və Sosiologiya İnstitutunun “Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası” şöbəsinin elmi işçisi Hafizə İmanova Azərbaycan Respublikası ET nəzdində Kimya və Radiasiya Problemləri İnstitutunda təlim keçmişdir. Təlimin mövzusu “İqlim dəyişikliyi kontekstində gender bərabərliyi: qadınların hüquq və imkanlarının gücləndirilməsinə” həsr olunmuşdur. Təlimi giriş niqti ilə açan AMEA-nın müxbir üzvü, k.e.d., prof. İslam Mustafayev belə təlimlərin keçirilməsinin həm gənclərin inkişafına dəstək olduğunu, həm də qadınların bu mövzuda maarifləndirilməsinə töhfə olduğunu qeyd etmişdir. Hafizə İmanova Azərbaycanda və qlobal müstəvidə dayanıqlı inkişaf konteksində iqlim dəyişikliyinin sosial təsirlərindən prezentasiya ilə çıxış etmişdir. Təlimin növbəti hissəsini Azərbaycan Dillər Universitetinin Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının baş müəllimi Şəfa Əbdürrəhimova İqlim dəyişikliyinin gender bərabərliyinə təsirlərindən prezentasiya ilə bəhs etmişdir. Təlim diskussiya formatında keçirilərək uğurla başa çatmışdır.