Professor Adil Əsədovun "Gözəlliyin fəlsəfəsi" əsərinin üçüncü cildi çapdan çıxıb
Professor Adil Əsədovun Gözəlliyin fəlsəfəsi əsərinin üçüncü cildi çapdan çıxmışdır. Fəlsəfə elmləri doktoru, professor Adil Əsədovun "Gözəlliyin fəlsəfəsi" əsəri onun spiritualist aristokratizm adlı beş bölümdən ibarət fəlsəfi sisteminin birinci bölümüdür. Müəllif burada gözəlliyin mahiyyət və təzahür arasında uyğunluq məqamı olduğu barədə ideya irəli sürür və məhz bu ideya əsasında da gözəllik fenomeninin özünəməxsus fəlsəfəsini yaradır. Gözəllik fəlsəfəsi özlüyündə üç hissədən ibarət tərtib olunmuşdur. Hazırkı nəşr öz məzmununda əsərin üçüncü hissəsini ehtiva edir. Platonsayağı fəlsəfi dialoq formatında qurulmuş bu hissə filosof Adil Əsədovun gözəllik anlayışı üzərindən irəli sürdüyü ideyalar ətrafında müəllifin Azərbaycan alimləri və əcnəbi filosoflarla apardığı müzakirələrin məzmunundan ibarətdir. Əsər fəlsəfi elmlər üzrə mütəxəssislər, sənətşünaslar, ali məktəb tələbələri, həmçinin gözəllik və fəlsəfə mövzuları ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
Kitabın elektron varinatı ilə buradan tanış olmaq olar.

https://www.mail.philosophy.edu.az/

