“Dinin koqnitiv mahiyyəti və nizamlayıcı funksiyası” adlı monoqrafiya çapdan çıxmışdır
Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi Həsənağa Məmmədlinin “Dinin koqnitiv mahiyyəti və nizamlayıcı funksiyası” adlı monoqrafiyası çapdan çıxmışdır. Kitabın elmi redaktoru f.e.d., Lalə Mövsümova, rəyçilər f.e.d, prof. Sakit Hüseynov, f.ü.f.d.dosent, Smirə Mir-Bağırzadə, f.ü.f.d, dosent Aytək Məmmədovadır. Kitab (Bakı, “Füyuzat”, 2025, 288 s.).
Kitabda dinin koqnitiv mahiyyəti, yəni fənlərarası biliklərin tədqiqi və tətbiqi üslubundan istifadə olunub. Burada, dinin fəlsəfəsi, psixologiyası, sosiologiyası, tarixi, mədəniyyəti, antropologiyası, linqvistikası, məntiqi və i.a. metodologiyasından istifadə olunub. Onların kauzal-implisit təhlilindən yaranmış müasir dini dünya anlamı məntiqi çərçivəyə salınır və onların pərdələnmiş mahiyyətini üzə çıxardır. Bu da müasir elmi tələblərə cavab verir.
Minilliklərin süzgəcindən keçmiş qədim inancların keçdiyi təkamül yolu sonda möhtəşəm ideologiyanın - dinin yaranmasına çıxarmışdır. Bu ideologiya həmişəyaşardır, çünki, onun ruhaniyyəti ilahi məzmun daşıyır və bəşəriyyətin etik-əxlaqi inkişafında çox mühüm bir amildir və çox möhkəm təməli vardır. Bu da onun nizamlayıcı funksiyasından irəli gəlir. Hadisələri bəşəri meyarlara uyğun nizamlamaq və icraatında yaxından iştirak etmək, onun əsas funksiyalarından biridir.
Bölmələr sona qədər oxunduqda, ifadələr, terminlər daha anlaşıqlı və cəlbedici olacaqdır və dini dünyagörüşünün daha mükəmməl düzəni formalaşacaqdır.

