09.02.2026, 15:32 - Baxış sayı: 11

"İlham Əliyev: milli ideya, suverenlik və yeni liderlik təcrübəsi" adlı kitab çapdan çıxmışdır


 AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi Şurasının 08 saylı 24.11.2025-ci il tarixli iclasının qərarı ilə "İlham Əliyev: milli ideya, suverenlik və yeni liderlik təcrübəsi" adlı kitab çapdan çıxmışdır. (Bakı: "Bəxtiyar -4" İKF mətbəəsi, 2025, 254 səh.)

Kitabda Ulu Öndər Heydər Əliyevin siyasi irsində, Prezident İlham Əliyevin nitqlərində və müsahibələrində irəli sürülən milli ideya, suverenlik, konstitusiya, yeni dünya nizamı, həmçinin hazırki dövrün çağırışları ilə əlaqədar yer alan digər elmi, nəzəri, siyasi, fəlsəfi müddəalar tədqiq edilmişdir. Xüsusilə, Prezident İlham Əliyevin yeni liderlik təcrübəsi, milli ideologiya kollektiv yaddaş, identiklik, xalq-dövlət birliyinin qarşılıqlı əlaqələri geniş fəlsəfi təhlil edilmişdir. Cənubi Qafqazın yeni geosiyasi mənzərəsində Azərbaycan Respublikasının yeri və rolu, milli ideyada ümumtürk birliyinə keçid, Türk dövlətlərinin inteqrasiyası yolunda Azər­baycan Respublikasının təşəbbüskar fəaliyyəti və məqsədyönlü səyləri öz əksini tapmışdır. Kitab elmi ictimaiyyət və geniş oxucu dairəsi üçün nəzərdə tutulmuşdur.

Kitabın həmmüəllifləri f. e. d., professor İlham Məmmədzadə,  t.e.d. Eynulla Mədətli, f.e.d. Füzuli Qurbanov, siyasi e.ü.f.d., dosent Sənan Həsənov, tex. e. üzrə fəl. doktoru  Hüseyn Hüseynov , fəl. ü. f.d.Vüsal Zülfüqarov, Aynur Günəşli, buraxılış üzrə məsul: Qabil Camalovdur.