“Azərbaycan Konstitusiyasının və suverenliyin fəlsəfi-hüquqi təhlili” adlı məqalələr toplusu çapdan çıxmışdır
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Fəlsəfi-hüquqi təlimlər və suverenlik” şöbəsi tərəfindən hazırlanmış “Azərbaycan Konstitusiyasının və suverenliyin fəlsəfi-hüquqi təhlili” adlı məqalələr toplusu çapdan çıxmışdır.(Bakı: ''Bəxtiyar-4 İKF,2025, 336 s.).
Toplunun baş redaktoru: fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, elmi redaktoru hüquq elmləri doktoru, professor Habil Qurbanov, rəyçilər: fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov.
Topluda müasir Azərbaycan dövlətçiliyinin fəlsəfi, hüquqi və siyasi əsasları hərtərəfli şəkildə araşdırılır. Konstitusiyanın mahiyyəti, suverenliyin hüquqi və ideya- fəlsəfi əsaslan, milli dövlət quruculuğunda hüquqi ideologiyanın rolu elmi təhlil obyektinə çevirilmişdir. Həmçinin, suverenlik anlayışının tarixi-fəlsəfi inkişaf mərhələləri, onun klassik və müasir hüquq fəlsəfəsindəki interpretasiyaları, qloballaşma dövründə milli suverenliyin qorunması məsələləri elmi-nəzəri cəhətdən işıqlandırılır.
Məqalələrdə dövlət suverenliyinin tarixi inkişaf mərhələləri, müstəqil Azərbaycan Respublikasının konstitusion dəyərləri və onların fəlsəfi-hüquqi interpretasiyası geniş şəkildə şərh olunur. Toplu elmi ictimaiyyət, hüquqşünaslar, filosoflar, politoloqlar və dövlətçilik məsələlərinə maraq göstərən oxucular üçün nəzərdə tutulmuşdur.

