Elmi işçi Alidə Zeynalova sertifikatlarla təltif olunub
Amea Fəlsəfə və Sosiologiya Institutunun elmi işçisi Alidə Zeynalovanın "The era of digital transformation and new meanings of pedagogy: the educational potential of information culture" (“Rəqəmsal transformasiya dövrü və pedaqogikanın yeni mənaları: informasiya mədəniyyətinin təhsil potensialı”) və "Digital culture and art history: a conceptual dialogue between technology and artistic thinking" (“Rəqəmsal mədəniyyət və incəsənət tarixi: texnologiya ilə bədii təfəkkür arasında konseptual dialoq”) adlı məqalələri impakt faktorlu (ulrich's periodicals directory, index copernicus) beynəlxalq elmi jurnallarda nəşr olunub və hər iki mövzu sertifikatlarla təltif olunub.



