I Türkoloji Qurultay - Azərbaycan tarixində taleyüklü proseslərin qoyuluşu
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent “I Türkoloji Qurultay - Azərbaycan tarixində taleyüklü proseslərin qoyuluşu” adlı məqaləsində 1926-cı ildə Bakıda keçirilən I Türkoloji təkcə elmi hadisə deyil, həm də türk xalqlarının milli özünüdərk hadisə kimi tarixə düşdüyünü bildirib. 1926-cı ildə Bakıda I Ümumittifaq Türkoloji qurultayı latın qrafikası əsasında vahid əlifba yaradılması və digər mühüm əhəmiyyətli məsələlərin fikir mübadiləsi Fransa, Almaniya, Türkiyə və başqa ölkələrin diqqətini cəlb edərək tarixi əhəmiyyətə dair bir hadisə kimi yaddaşlarda qaldığını söyləyib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı xüsusi əhəmiyyət kəsb edir. Dosent bildirir ki, Qurultayda V.V.Bartold “Türk xalqlarının tarixinin müasir vəziyyəti və öyrənilməsinin yaxın vəzifələri”, S.F.Oldenburq “Türk xalqları arasında ölkəşünaslıq işlərinin metodları”, A.A.Müller “Türk xalqlarının təsviri sənəti haqqında”, F.Köprülüzadə “Türk xalqlarının ədəbi dillərinin inkişafı”, A.N.Samoyloviç “Türk dillərinin öyrənilməsinin müasir vəziyyəti və yaxın vəzifələri”, B.Çobanzadə “Türk ləhcələrinin yaxın qohumluğu haqqında”, S.Y.Malov “Qədim türk dillərinin öyrənilməsinin müasir vəziyyəti və perspektivləri”, N.F.Yakovlev “Türk millətlərinin sosial və mədəni şəraitləri ilə bağlı əlifba sisteminin qurulması problemləri” mövzularında və s.məruzələr xüsusən diqqəti cəlb edir. I Türkoloji Qurultay Azərbaycan tarixində taleyüklü proseslərin qoyuluşu, türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası və digər qərarların qəbul edilməsi ən əlamətdar hadisə kimi mühüm əhəmiyyətə malikdir- deyə G. Məlikli vurğulayıb.
https://science.gov.az/az/


