06.03.2026, 12:42 - Baxış sayı: 43

8 Mart günü münasibətilə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları f.e.d. Rəfiqə Əzimovanın qonağı olub


AMEA-nın Azad Həmkarlar İttifaqının dəstəyi ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ilə Həmkarlar Təşkilatlarında silsilə tədbirlər təşkil olunub.

Ölkənin elmi potensialının inkişafında qadın alimlərin və elmi əməkdaşların rolu olduqca əhəmiyyətlidir. Onların sosial rifahının yaxşılaşdırılmasının və əməyinin stimullaşdırılmasının həmkarlar ittifaqlarının əsas prioritet istiqamətlərindən biridir. Bu tədbirlərdən irəli gələrək qadın alimlərin sosial müdafiəsinin gücləndirilməsi, onların elmi fəaliyyətinin dəstəklənməsi və iş şəraitinin yaxşılaşdırılması istiqamətində müxtəlif təşəbbüslər həyata keçirilir. Həmkarlar ittifaqları tərəfindən təşkil olunan tədbirlərdən biri də martın 6-da AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları və İnstitutun  Həmkarlar Təşkilatının sədri Asiya Əhmədova, Institutun YAP Ərazi Təşkilatının sədri Şölət Zeynalov, İnsan resursları şöbəsinin müdiri Səbinə Ağaquliyeva, Institutun Qadınlar Şurasının sədri Lalə Mövsümova İnstitutun qocaman alimlərindən olan f.e.d. Rəfiqə Əzimovanın qonağı olublar. Onu ziyarət edərək bayram münasibətilə  təbrik etmişlər. Biz də İnstitutumuz adından Rəfiqə xanımı təbrik edir, ona möhkəm can sağlığı, firavanlıq arzu edirik.