14.04.2026, 10:50 - Baxış sayı: 41

İnstitutun əməkdaşı Polşada keçirilmiş beynəlxalq konfransında iştirak etmişdir


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun "Etika" şöbəsinin aparıcı elmi işçisi Samirə Dadaşova Polşada Vroclav Elm və Texnologiya Universiteti tərəfindən keçirilmiş beynəlxalq “Philosophy in Technology - Different Perspectives” (Texnologiyada Fəlsəfə - Fərqli Perspektivlər) 10-11 aprel tarixlərində beynəlxalq konfransında iştirak etmişdir. O, konfrans çərçivəsində “How AI can Lead to Sustainable Development” (“Süni intellekt davamlı inkişafa necə töhfə verə bilər”) mövzusunda elmi məruzə ilə  online çıxış etmişdir.
Məruzədə süni intellekt texnologiyalarının davamlı inkişaf məqsədlərinə nail olunmasında rolu geniş şəkildə təhlil edilmiş, xüsusilə ekoloji, sosial və etik aspektlər diqqət mərkəzində saxlanılmışdır. Tədqiqatda vurğulanmışdır ki, süni intellekt yalnız texnoloji vasitə deyil, eyni zamanda dəyərlər formalaşdıran bir sistem kimi çıxış edə bilər. Xüsusilə, “Süni intellekt təbiətə hörmətin formalaşmasına necə töhfə verə bilər?” sualına cavab olaraq bir neçə yanaşma irəli sürülmüşdür. Bu yanaşmalar süni intellektin ekoloji məsuliyyətin artırılması, davranış modellərinin dəyişdirilməsi və davamlı həyat tərzinin təşviqində istifadə imkanlarını əhatə edir.

Konfransda Polşa, İtaliya, Çin, Türkiyə və digər ölkələrdən alimlər və tədqiqatçılar iştirak edərək müasir elmi problemlər ətrafında fikir mübadiləsi aparmışlar.