Dosent Radif Mustafayev Polis Akademiyasında mühazirə oxuyub
DİN-in Polis Akademiyasında peşəkar mütəxəssislərin iştirakı ilə təşkil olunan dərslər davam etdirilir və kursantların böyük marağına səbəb olur. Bu cür dərslər kursantların nəzəri biliklərini praktik bacarıqlarla zənginləşdirməsinə, gələcək xidmət fəaliyyətinə daha hazırlıqlı olmalarına imkan yaradır.
Müxtəlif fənlər üzrə keçirilən interaktiv dərslərdə qonaq qismində iştirak edən Baş prokurorluğun Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi üzrə və peşə hazırlığının təşkili şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri, hüquq üzrə fəlsəfə doktoru Nigar Qələndərli və Dövlət Təhlükəsizliyi, Fövqəladə hallar və Sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuror-metodisti, ədliyyə müşaviri Qədir Məmmədov “Azərbaycan Respublikasının prokurorluğu”, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, f.ü.f.d., dos. Radif Mustafayev “Orta əsrlər, yeni və müasir dövrdə qərb fəlsəfi fikrinin inkişaf xüsusiyyətləri”, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasının baş müəllimi, h.e.d. Gülnaz Rzayeva “Azərbaycan Respublikasında şəxsiyyətin konstitusiya hüquqi statusu”, DİN-in BİTİ-nin Profilaktiki işin təşkili idarəsinin rəis müavini, polis polkovnik-leytenantı Elşən Rzayev “Polis orqanlarının profilaktik fəaliyyətinin təşkili və əsas istiqamətləri”, Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı şöbəsinin baş müstəntiqi, polis kapitanı Xəlil Əsgərov “Cinayət prosesinin iştirakçıları” mövzuları üzrə mühazirə dərslərində iştirak ediblər.
Dəvət olunan mütəxəssislər tərəfindən mövzular üzrə geniş izahatlar verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb. Tədris prosesi zamanı kursantların ünvanladıqları suallar ətraflı şəkildə cavablandırılıb.


