06.05.2026, 16:00 - Baxış sayı: 105

“Ulu Öndər Heydər Əliyevin elmin inkişafında rolu və missiyası” mövzusunda Dəyirmi masa keçirilib


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun və İnstitut üzrə YAP Ərazi Partiya Təşkilatı ilə birgə Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin elmin inkişafında rolu və missiyası” mövzusunda Dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru f.e.d., professor İlham Məmmədzadə çıxışında qeyd edib ki, Azərbaycan xalqının taleyində elə liderlər var ki, onların fəaliyyəti yalnız bir dövrü deyil, bütöv bir tarixi mərhələni müəyyən edir. Heydər Əliyev məhz belə dahi şəxsiyyətlərdən biridir. Onun anadan olmasının 103-cü ildönümü xalqımız üçün təkcə anım günü deyil, həm də milli dövlətçilik ideyalarının formalaşması, möhkəmlənməsi və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.Bu əlamətdar tarix bizə bir daha xatırladır ki, müasir Azərbaycanın siyasi, iqtisadi, elmi və mədəni inkişafının təməlində məhz Heydər Əliyevin uzaqgörən siyasəti dayanır.

Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın memarı kimi dövlətçiliyin möhkəmlənməsində, siyasi sabitliyin təmin olunmasında və ölkənin inkişafında mühüm rol oynayıb. Müstəqillik dövründə də Heydər Əliyev elmin inkişafını prioritet istiqamət missiya kimi müəyyən etmişdir. Onun müəyyən etdiyi strateji inkişaf xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin əsasını təşkil edir.

 Sonra f.ü.f.d., dosent Fəlsəfə və Sosiologiya İnstitutunun YAP Ərazi Partiya Təşkilatının sədri Şölət Zeynalov çıxışında YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyevin adından salamlarını tədbir iştirakçılarına çatdırmışdır. Dosent “Ulu öndər Heydər Əliyevin fəlsəfəsində elm və dialoq həmrəylik vasitəsi kimi” mövzusunda çıxışında qeyd etdi ki, Heydər Əliyevin dövlətçilik strategiyasının elmi-fəlsəfi əsaslarına diqqət etdikdə fundamental bir paradiqma özünü təsdiq etmiş olur: Ulu Öndər Heydər Əliyevin istər birinci, istərsə ikinci dəfə hakimiyyətdə olduğu illərdə idarəetmə strategiyası və siyasi fəlsəfəsində elmi prinsiplərə əsaslanan dialoq və həmrəylik paradiqması daima rasional şəkildə təsbit olunmuşdur. Bu strategiya özündə əsas müddəa kimi milli maraqların prioritetliyini, güclü dövlətçiliyi, elmi əsaslardan çıxış edən davamlı inkişafı, sabitlik və vəhdəti, dövlət və cəmiyyət arasında qarşılıqlı etimadı, elmi və intellektual potensialın cəmiyyətin perspektiv inkişafında səfərbər olunmasını, tarixilik və müasirlik arasında bağların qorunması dialoji şəkildə təşkil etmişdir. Heydər Əliyevin dövlətçilik fəlsəfəsi bu gün də yaşayır və inkişaf edir. Onun ideyaları müasir Azərbaycanın inkişaf yolunu müəyyən edir. Bu ideyalar gələcək nəsillər üçün də yol göstəricisidir. Hal-hazırda bu strategiya Cənab Prezident İlham Əliyevin dövlətçilik startegiyasında elmi-nəzəri və praktiki anlamda dönməz şəkildə inkişaf etdirilir-deyə vurğulamışdır.

Elmi işlər üzrə direktor müavini t.e.d. Eynulla Mədətli “Ulu öndər Heydər Əliyevin şəxsiyyəti və mənəvi dünyası”, f.e.d., prof. Könül Bünyadzadə “Azərbaycan tarixi simasının tanıdılmasında Ulu öndər Heydər Əliyevin rolu”, f.e.d. Füzuli Qurbanov “Azərbaycançılıq-intellektual fəzilət kimi”, f.e.d., dosent Ziba Ağayeva “Heydər Əliyev siyasi irsi: dövlətçilik və müasirlik”, f.ü.f.d.,dosent Hüseyn İbrahimov “Ulu öndər Heydər Əliyevin plüralizm siyasəti fəlsəfəsi” mövzularında çıxış edərək öz fikirlərini bölüşüblər. Sonra f.ü.f.d. Əli İbrahimov çıxışında Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyində rolundan danışıb.

Tədbirdə Heydər Əliyevin siyasi irsinin müasir Azərbaycan dövlətinin inkişafında həlledici rol oynadığı vurğulanıb.