Bugünkü alimlər Ulu Öndər Heydər Əliyevin elmi irsinin dərindən öyrənilməsi və gənc nəsilə ötürülməsini özünə borc bilməlidirlər
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli “Bugünkü alimlər ulu öndər Heydər Əliyevin elmi irsinin dərindən öyrənilməsi və gənc nəsilə ötürülməsini özünə borc bilməlidirlər” adlı məqaləsində çağdaş Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin, siyasi şüurun, siyasi həyatının son otuz ildən artıq bir dövrünü əhatə edən zaman kəsiyi böyük siyasət xadimi kimi tanınan və dərin zəkaya, ensiklopedik biliyə, geniş dünyagörüşünə malik olan tarixi şəxsiyyətin – Heydər Əliyevin adı əməli fəaliyyəti ilə, gerçəkləşdiyi konkret işlərlə bağlı olduğunu bildirmişdir. Dosent məqaləsində bildirmişdi ki, Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin titanik fəaliyyəti dövlət idarəçiliyi akademiyası olmaqla, ən müxtəlif aspektlərdən tətbiq və təhlil edilməlidir. Alim dahi şəxsiyyət Heydər Əliyevin sayəsində 1969-cu ildən etibarən milli mənəvi dəyərlərimizin, soy-kökümüzün özümüzə qayıtdığını, 1993-2003-cü illər isə tariximizə inkişaf, tərəqqi dövrü kimi yazıldığını söyləmişdir.
Dosent bugünkü alimlərin ulu öndər Heydər Əliyevin elmi irsinin dərindən öyrənilməsi və gənc nəsilə ötürülməsini özünə borc bilməli olduğunu vurğulayıb. Heydər Əliyevin elm sahəsindəki bütün fəaliyyəti ali bir ideyaya – azərbaycançılıq məfkurəsinə xidmət edir. Azərbaycan elminə hər zaman həssaslıqla yanaşan ulu öndər Heydər Əliyev AMEA-nın inkişaf etməsinə qayğısını heç vaxt əsirgəməyib. Xalqına dərindən bağlanan, həyatını Azərbaycanın tərəqqisinə həsr edən dahi şəxsiyyət Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətini daim diqqət mərkəzində saxlayıb, onun dünya miqyasında tanınmasına nail olmuşdur. –deyə G. Məlikli vurğulayıb.


