Etika şöbəsinin əməkdaşları sertifikatla təltif olunublar
7–8 may 2026-cı il tarixlərində Bakı Slavyan Universitetində Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Yeni dövrün Azərbaycanı” mövzusunda XVII Beynəlxalq Elmi Konfrans keçirilib.
Qeyd edək ki, konfransın əsas məqsədi “Yeni Dövrün Azərbaycanı” mövzusu çərçivəsində müasir Azərbaycan dövlətçiliyinin siyasi-ideoloji əsaslarını, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsini, milli kimlik modelini, suverenlik fəlsəfəsini və inkişaf strategiyalarını elmi müstəvidə müzakirə etməkdir. Tədbirdə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Etika” sobəsinin əməkdaşları f.ü.f.d., dosent İradə Zərganayeva, f.u.f.d., dosent Şəhla Musayeva, elmi işçi Fəxriyyə Məmmədzadə iştirak ediblər. Sonda məruzəçilər sertifikatla təltif olunmuşlar.




