14.05.2026, 10:52 - Baxış sayı: 9

Samirə Dadaşova III Beynəlxalq Türk Dünyası Gənc Alimlər Konqresində iştirak edib


10-13 may 2026-cı il tarixləri arasında III Beynəlxalq Türk Dünyası Gənc Alimlər Konqresi Türk dünyasının mühüm mədəni və elmi mərkəzlərindən biri olan Bakıda, Xəzər Universitetinin ev sahibliyi ilə “Keçmişin mirası, gələcəyin inşası” mövzusunda keçirilib. Konqresdə tarixi biliklərin müasir elmi müzakirələrlə çoxölçülü perspektivdən necə inteqrasiya oluna biləcəyi müzakirə edilib. Türk dünyasında elmi istehsalın gələcəyinə töhfə verməyi hədəfləyən bu elmi toplantıda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdən gənc alimlər iştirak ediblər.

Konqresdə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Etika” şöbəsinin aparıcı elmi işçisi, f.ü.f.d. Samirə Dadaşovanın 'Critique of “Artificial” Reason: Human Dignity and the Risk of Moral Stagnation' (“Süni” idrakın tənqidi: İnsan ləyaqəti və mənəvi durğunluq riski) mövzusunakı məruzəsi dinlənilib və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.