20.05.2026, 11:22 - Baxış sayı: 12

Təhsildə süni intellektin rolu" mövzusunda elmi seminar keçirilib


Mayın20-də AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun "Rəqəmsal inkişaf və süni intellektin fəlsəfəsi" şöbəsində doktorant Günay Binnətovanın "Təhsildə süni intellektin rolu" mövzusunda elmi seminarı keçirilmişdir. Seminarı şöbə müdiri f.ü.f.d Məhəmməd Cəbrayılov açaraq sözü məruzəçi doktorant Günay Binnətovaya verib. Məruzəçi çıxışında mövzu haqqında geniş məlumat təqdim etmişdir. Müzakirələr zamanı seminar iştirakçıları doktoranta mövzunun elmi-akademik səviyyəsinin artırılması məqsədilə daha müasir və dövrün çağırışlarına cavab verən müəlliflərin elmi yanaşmalarından istifadə etməyi, həmçinin mövzunun əsas istiqamətlərinin müəyyənləşdirilməsi üçün komparativist (müqayisəli) metoddan istifadə olunmasını tövsiyə etmişlər.

F.ü.f.d Məhəmməd Cəbrayılov digər məsələlər ətrafında çıxış etdi. Daha sonra seminarda f.e.d., professor Qorxmaz Vəliyev, f.ü.f.d. Firuzə Əliyeva, elmi işçi Kamran Məmmədov, elmi işçi Alidə Zeynalova, doktorant Ayxan Musrafa mövzu ətrafında çıxışlar etmiş, məruzəçiyə suallar vermiş, çıxışlar ətrafında müzakirələr aparılmışdır.