WUF13: Yeni urbanizasiya və milli prioritetlər… "Müasir İnkişaf" İctimai Birliyi "WUF-13: Yeni urbanizasiya və milli prioritetlər" mövzusunda tədbir keçirib

"Müasir İnkişaf" İctimai Birliyi "WUF-13: Yeni urbanizasiya və milli prioritetlər" mövzusunda onlayn tədbirdə AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə doktoru Şölət Zeynalov bildirib ki, mövzunun fəlsəfi tərəflərinin əhəmiyyətdən danışıb. O, Azərbaycanın dünya miqyasında öz sözünü deyən bir ölkə olduğunu xatırladıb. O, işğala məruz qalmış, bu problemi həll etmiş bir ölkə olan Azərbaycan üçün təhlükəsizlik, sülh məsələlərinin önəmindən bəhs edib. Alim türk dövlətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki quruculuq-abadlıq işlərinə verdiyi dəstəkdən də söz açıb.
Bu mövzuda həmçinin AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə doktoru Hüseyn İbrahimov onlayn tədbirdə iştirak edərək dünyadakı şəhər modellərindən bəhs edib. Onun sözlərinə görə sosial infrastrukturların insanlar üçün rahat və əlçatan olması hazırkı dönəmdə ən çox diqqətdə saxlanılan məsələlərdəndir. Alim bildirib ki, inkişaf etmiş ölkələrdə insanların bir şəhərə, bir mərkəzə toplaşmaması üçün də ciddi addımlar atılır. “Ağıllı şəhər” modelinin ABŞ-də tətbiq olunduğunu deyən H.İbrahimov onu regionda ilk dəfə Azərbaycanda icra edildiyini söyləyib.
Sonda tədbir iştirakçıları bir daha Azərbaycanda keçirilən dünya əhəmiyyətli WUF-13 forumunu dəstəklədiklərini, görülən işlərin, keçirilən tədbirlərin əhəmiyyətli olacağını vurğulayaraq gələcəkdə də bu cür konfransların təşkil edilməsinin vacib olduğunu açıqlayıblar.
Qeyd edək ki, "Müasir İnkişaf" İctimai Birliyi 21 ildir fəaliyyət göstərir və bugünə qədər çoxsaylı tədbirlər, layihələr, görüşlər, müzakirələr keçirib.

