“Şərq fəlsəfəsi problemləri” jurnalının növbəti sayı çap olunub
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda beynəlxalq elmi-nəzəri jurnal olan “Şərq fəlsəfəsi problemləri” jurnalının növbəti (№ 1 (34), 2026) sayı çap olunub.
Jurnalda prof. İlham Məmmədzadənin “Süni intellekt və gerçəklik: problemin fəlsəfi və sosial konteksti”, tarix elmləri doktoru Eynulla Mədətli. Xaqani Şirvani poeziyasının ictimai mahiyyəti: XII əsrin ədəbi-fəlsəfi mühiti kontekstində”, Fəxriyyə Məmmədzadənin “Süni intellekt və şüur: qarşılıqlı münasibətlərin fəlsəfi analizi”, Ayxan Mustafayevin ““Biliklər cəmiyyəti” anlayışı: tarixi davamlılıq, yoxsa struktur dəyişimi?”, fəlsəfə üzrə fəlsəfə doktoru Svetlana Adıgözəlova və prof. Əli Abasovun “Şiyə İslam fəlsəfəsində tövhid kateqoriyası: Metafizik əsaslar, rasional sübutlar və imamların ənənəsi”, prof. Rafail Əhmədli. XX əsrin əvvəllərində Azərbaycanda milli şüurun formalaşmasında Məhəmməd Əmin Rəsulzadənin rolu” Michael Himmlegaard “Şərq fəlsəfəsinin problemləri: Abbasqulu Ağa Bakıxanovun prizmasından sosioloji yenidən qiymətləndirmə” (İsveç,) Aysel Cəfərovanın “Nəsimi və Dante: müqayisəli təhlil”, Fərəh Sadıxovanın “Şərq fəlsəfəsi dünyagörüşündə ruh və bədən məsələsi” fəlsəfə üzrə fəlsəfə doktoru Nailə Əsədovanın “Estetikanın faciəvilik kateqoriyası”, Aypara Abbasovanın “Azərbaycan muğamının tarixi köklərinə fəlsəfi nəzəri baxış” və Kamran İsayevin “Qeyri-ortodoksal hind fəlsəfi təlimlərində etik problemlər” məqalələri yer alıb.

