Dövlət Suverenliyi Günü Prezident İlham Əliyevin rəhbərliyi dövründə inkişafin tarixi salnamədəki ən böyük rəsmi möhürüdür
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli “Dövlət Suverenliyi Günü Prezident İlham Əliyevin rəhbərliyi dövründə inkişafin tarixi salnamədəki ən böyük rəsmi möhürüdür” adlı məqaləsində Prezident İlham Əliyevin siyasi və hərbi liderlik kontekstində bu xüsusi Dövlət Suverenliyi Gününün rəmzi mənası və əhəmiyyəti haqqında fundamental aspektləri açıqlamışdır.

Dosent məqalədə Prezident İlham Əliyevin illər öncə bəyan etdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” fəlsəfəsi məhz 20 sentyabr tarixi ilə özünün son hüquqi və praktiki nöqtəsinə çatdığını bildirərək, 2023-cü il sentyabrın 19-20-də onun Ali Baş Komandanlığı altında keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində separatizmin kökü kəsildiyini, Ermənistan hərbi birləşmələrinin qalıqları tərksilah edildiyini və bununla da Prezident İlham Əliyevin uzunmüddətli strateji hədəfi tam qələbə ilə başa çatdığını qeyd edir.

Daha sonra Prezident İlham Əliyevin siyasətində Dövlət Suverenliyi Günü bir mərhələnin sonu, daha böyük bir dövrün — Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasının başlanğıcıdır. Bu fəlsəfə və formula, ilk növbədə, Azərbaycan Respublikasının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfəri (Qarabağ Qələbəsini) və onun məntiqi davamı olaraq Azərbaycanın öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam təmin etməsini rəmzləşdirir. – deyə G. Məlikli vurğulayır.

