Fəlsəfə üzrə fəlsəfə doktoru Radif Mustafayevin fikrincə isə, azərbaycançılıq kimi neokonservativ bir ideologiya xalqımız üçün tarixi zərurətdən irəli gəlib - ŞƏRH
O, AZƏRTAC-a açıqlamasında qeyd edib ki, dövlət müstəqilliyini yenidən bərpa etmiş respublikamızda ilk dövrlərdə heç də yerinə düşməyən siyasi kurs və ideoloji anarxiya müstəqilliyimizin inkişafına müsbət töhfə verə bilmirdi. Əksinə, erməni təcavüzkarlığı günü-gündən artır, ərazilərimiz işğal edilir, milli birlik əvəzinə müxtəlif parçalanmalar meydana çıxırdı.
“Azərbaycan dövlətinin 30 ildən artıq müddətdə məruz qaldığı haqsızlıq və ədalətsizlikdən sonra öz gücü ilə ərazi bütövlüyünü və dövlət suverenliyini təmin etməsi müasir dünyada, çox təəssüf ki, hələ də beynəlxalq hüquqa lazımi əhəmiyyət verilmədiyi bir şəraitdə olduqca möhtəşəm və cəsarətli addımdır. Biz təkcə öz gücümüzü və qüdrətimizi nümayiş etdirməmiş, eyni zamanda, beynəlxalq ədalətin hansı meyarlar əsasında qurulmalı olduğuna böyük töhfə vermişik.
Özünəməxsus multikultural modelə malik, multikultural dəyərlərin qorunduğu bir dövlət kimi Azərbaycan artıq uzun illərdir beynəlxalq miqyasda da mədəniyyətlərarası dialoq strategiyasına sadiqliyini nümayiş etdirir. Dövlət başçısının bu istiqamətdə atdığı əməli addımlar mühüm göstəricilər kimi beynəlxalq müstəviyə də sirayət edir”, - deyə o əlavə edib.

