30.09.2026, 13:10 - Baxış sayı: 32

Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları Bakı İqlim Fəaliyyəti Həftəsində


BMT-nin Dördüncü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 çərçivəsində iqlim dəyişmələri, davamlı inkişaf və iqlim fəaliyyətinin gücləndirilməsi məsələlərinə həsr olunmuş müxtəlif tədbirlər keçirilib. Tədbirlərdə iqlim dəyişmələrinin qlobal və regional təsirləri, ekoloji dayanıqlılığın təmin edilməsi, yaşıl inkişaf və iqlim məqsədlərinə nail olunması istiqamətində həyata keçirilən təşəbbüslər müzakirə olunub.

Dövlət qurumlarının, elmi-tədqiqat və təhsil müəssisələrinin, beynəlxalq və yerli təşkilatların nümayəndələrinin, eləcə də ekspert və mütəxəssislərin iştirak etdiyi müzakirələrdə iqlim dəyişmələrinə qarşı mübarizədə elmi yanaşmaların, innovativ həllərin və beynəlxalq əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanıb.

Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 çərçivəsində keçirilən tədbirlərdə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları – fəlsəfə üzrə fəlsəfə doktorları, dosentlər Şölət Zeynalov və Məhəmməd Cəbrayılov, elmi işçi Alidə Zeynalova iştirak ediblər.

İnstitutun əməkdaşları iqlim dəyişmələri və davamlı inkişafla bağlı aktual müzakirələri izləyib, fikir və təcrübə mübadiləsində iştirak edib, iqlim gündəliyinin elmi və institusional aspektlərinə həsr olunmuş sessiyalarda təmsil olunublar.

Tədbirlər institut əməkdaşları üçün beynəlxalq və yerli iqlim təşəbbüsləri ilə bağlı yeni yanaşmaların öyrənilməsi, elmi biliklərin genişləndirilməsi və peşəkar əməkdaşlıq imkanlarının inkişafı baxımından əhəmiyyət kəsb edib.