30.10.2026, 10:44 - Baxış sayı: 7

Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı milli qürur, müstəqil iradə, qətiyyət və sülhə sadiqlik fəlsəfəsinin harmoniyası üzərində qurulub


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Sosial psixologiya” şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məliklinin “Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı milli qürur, müstəqil iradə, qətiyyət və sülhə sadiqlik fəlsəfəsinin harmoniyası üzərində qurulub” adlı məqaləsində Prezident İlham Əliyevin çıxışını siyasi liderlik psixologiyası, milli özünəinamın proyeksiyası və qlobal auditoriyaya yönəlmiş strateji mesajların psixoloji təsiri baxımından bir neçə mühüm müstəvidə təhlil edib. Alim Prezidentin forumda səsləndirdiyi bəyanatlar və mesajları Azərbaycanın həm regional, həm də qlobal miqyasda yürütdüyü xarici siyasətin strateji prioritetlərini birmənalı şəkildə ortaya qoyduğunu bildirib. Dosent İlham Əliyevin çıxışı, liderin öz xalqı qarşısında öhdəliklərini yerinə yetirmiş fərdin psixoloji rahatlığını və qətiyyətini əks etdirdiyini vurğulayıb. Prezident İlham Əliyev 2011-ci ildən bəri təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun qlobal miqyasda mühüm və effektiv dialoq məkanına çevrildiyini qeyd edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanındığını diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev ölkəsinə və xalqına şərəflə xidmət edən görkəmli dövlət xadimi olmaqla bərabər, həm də dünya azərbaycanlılarının lideridir. Prezident İlham Əliyev eyni zamanda beynəlxalq miqyasda dünya liderlərindən biri kimi qəbul olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan suverenliyin tam bərpa olunduğu, güclü iqtisadiyyata və orduya sahib, regionda və qlobal səviyyədə söz sahibinə çevrilmiş qüdrətli dövlət kimi formalaşmışdır. Azərbaycan güclü iqtisadiyyatı, qlobal enerji və nəqliyyat layihələrindəki əsas subyekt rolu ilə regionun aparıcı dövlətinə çevrilmişdir.- deyə G.Məlikli vurğulayıb.