Qarabağ döyüşləri xatırlanır, yaxud Fikrət terrorun qarşısını necə aldı? adlı kitab nəşr olunub

Qarabağ döyüşləri xatırlanır, yaxud Fikrət terrorun qarşısını necə aldı? adlı kitab təkrar nəşr olunub.
Kitabın redaktoru baş ədliyyə müşaviri, fəlsəfə elmləri namizədi Yaşar Əliyev, AMEA-nın elmi işçisi Ədilə Ağabəyova, jurnalist İdris Hacızadədir. (Bakı, “Nafta-Press”, 2005) .
Monoqrafiya divizyon komandiri Fikrət Həbib oğlu Nəbiyevin Qarabağ uğrunda gedən döyüşlərdəki qəhrəmanlıqlarına həsr edilmiş tədqiqat əsəridir. Əsər vətənpərvərlik mövzusunda aparılan mühazirələrdə dərs vəsaiti kimi istifadə oluna bilər.

