04.11.2026, 13:09 - Baxış sayı: 24

Zəfər Günü: müasir Azərbaycan tarixinin ən şərəfli səhifəsi - Prezident İlham Əliyevin rəhbərliyi hərbi strategiyanın məntiqi zirvəsidir


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Sosial psixologiya”şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məliklinin “Zəfər Günü: müasir Azərbaycan tarixinin ən şərəfli səhifəsi - Prezident İlham Əliyevin rəhbərliyi hərbi strategiyanın məntiqi zirvəsidir” adlı məqaləsində Cənab İlham Əliyevin vurğuladığı kimi, siyasi strategiyada emosiyalara deyil, dəqiq hesablanmış milli maraqlara və güc balansına üstünlük verilməsi uzunmüddətli hədəflərin reallaşmasına zəmin yaratdığını bildirir. Dosent Vətən müharibəsi dövründə cənab Prezident İlham Əliyevin televiziya kanallarına verdiyi müsahibələr dünyanın dörd tərəfinə yayılan haqq səsimiz olduğunu vurğulayır. Alim hazırda cənab Prezident İlham Əliyevin gərgin əməyi nəticəsində Azərbaycanın Cənubi Qafqaz regionunun ən çox inkişaf etmiş ölkəsi olaraq, reallaşdırdığı enerji layihələri, dünyada sülhyaratma prosesində fəal iştirakı bizlərə qürur hissi yaşatdığı olduğunu yazısında əks etdirir. Prezident İlham Əliyevin Azərbaycan tarixi ilə bağlı irəli sürdüyü danılmaz faktlar hər bir vətəndaşımızın qarşısında real tarixin öyrənilməsi, tarixə məsuliyyətli münasibət kimi çox ciddi öhdəlik qoyduğunu vurğulayır. Prezident İlham Əliyev müdrik dövlət xadimi kimi Azərbaycanda ilk dəfə hərbi sənaye kompleksini yaratdı. 2020-ci ilin 44 günlük Vətən müharibəsində, ardınca 2023-cü ildə həyata keçirilən qısamüddətli lokal xarakterli antiterror tədbirləri ilə əsrlərin problemi yoluna qoyulmuşdur. Bütün bunlar, Müzəffər Ali Baş Komandan İlham Əliyevin güclü sərkərdəliyindən xəbər verir. 2020-ci il Zəfəri ilə Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaradan Prezident İlham Əliyev hər keçən gün, hər ötən il Azərbaycana uğurlar bəxş edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin əzmi, gərgin əməyi nəticəsində şanlı ordumuzun qazandığı tarixi zəfərin misli-bərabəri yoxdur. –deyə G.Məlikli vurğulayıb. 

science.gov.az