17.11.2026, 17:04 - Baxış sayı: 15

Koqnitiv idrak: süni intellekt kontekstində qeyri-səlis epistemoloji yanaşmalar adlı kitab nəşr olunub


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d.,professor İlham Məmmədzadə və f.e.d., professor Arif Büniyatovun həmmüəllifi olduğu Koqnitiv idrak: süni intellekt kontekstində qeyri-səlis epistemoloji yanaşmalar adlı kitabı nəşr olunub.

Kitabın elm redaktoru, fəlsəfə elmləri doktoru, professor Azər mustafayev, rəyçi fəlsəfə elmləri doktoru Dilarə Müslümzadə, redaktoru Qabil Camalovdur.

Kitab Bakı: “Red N Line” MMC-nin mətbəəsində 2026-cı ildə çap olunub.

Kitab müasir fəlsəfi tədqiqatlarda sosio-mədəni konseptlərin məntiqi-metodoloji xüsusiyyətlərini araşdırarkən ilk öncə qeyd etmak lazım gəlir ki, müasir fəlsəfə fərqli epıstemoloji yanaşmaların mövcudluğu ilə səciyyələnməkdədir. Müəlliflərin fikrincə, araşdırılan konseptual və məntiqi-metodoloji xüsusiyyətlərin fəlsəfi yanaşma mövqeyindən təhlili yüksək evristik potensiya baxımından xüsusi önəm daşıyır.

Bu tədqiqat işində qeyri-səlis epistemoloji yanaşmanın fəlsəfə mövqeyindən texnogen vasitələrin tətbiqi (süni intellekt) kontekstində fəlsəfi-qnoseoloji, elmi-metodoloji prinsipləri müəyyənləşdirilir.

Bu yönümdə aparılmış tədqiqatlarda fəlsəji-qnoseoloji, epistemoloji təhlilin məxsusi problemləri arasdırılmaqla fəlsəfi- qnoseoloji yanaşmanın fundamental istiqamətləri müəyyən edilmiş olur.

QSEPL - son variant.pdf [1.83 Mb] (Downloads: 4)