“Heydər Əliyevin ideya irsi: suverenitet və konstitusionalizmin fəlsəfi problemləri” mövzusunda beynəlxalq konfrans keçirilib
İyunun 18-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda İngiltərə və Belarus alimlərinin iştirakı ilə Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyevin ideya irsi: suverenitet və konstitusionalizmin fəlsəfi problemləri” mövzusunda beynəlxalq konfransın ikinci günündə Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə konfransın ikinci günün açılışını elan edərək qonaqların AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli ilə görüşü barədə məlumat verdi. Həmçinin, çıxışı zamanı İnstitutda yeni yaranmış şöbələr haqqında danışan professor institutun əsas tədqiqat istiqamətlərini tezis şəklində qonaqların diqqətinə çatdırdı.
Daha sonra çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Ulu öndər Heydər Əliyevin dövlətçilik tarixində yeri, rolu və zəngin irsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi. Bildirib ki, Ümummilli lider Heydər Əliyev müasir müstəqil və güclü Azərbaycan dövlətinin banisidir: “Tarixin ən böyük vətənpərvəri olan Ulu öndər Heydər Əliyev istər sovetlər dönəmində, istərsə də müstəqillikdən sonra ölkəyə rəhbərlik etdiyi müddətdə daima milli-mənəvi dəyərlərimizi yüksək tutub, onların tərənnümünü həyata keçirib”.
Sonra Belarus Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun direktoru, f.ü.f.d.,dos. Lazaroviç Anatoli “Müasir Belarus fəlsəfəsinin bu günü”, Belarus Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, f.ü.f.d.,dos. Lazaroviç Nataliya “Национальные экологические интересы республики Беларусь и Азербайджан”, “Sosial psixologiya”şöbəsinin müdiri, s.e.ü.f.d., dos. Günel Məlikli “Ulu öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Konstitusiyasının yaradılması”, “Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası” şöbəsinin aparıcı elmi işçisi, f.ü.f.d.,dos. Şölət Zeynalov “Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasətində Azərbaycan ideyasının inkişaf mərhələləri”, “İslam fəlsəfəsi və dinşünaslıq” şöbəsinin aparıcı elmi işçisi, f.ü.f.d.,dos. Radif Mustafayev “Dövlət suverenliyində şəxsiyyətin rolu”, Fəlsəfi-hüquqi təlimlər və suverenlik şöbəsinin böyük elmi işçisi, h.ü.f.d Lalə Mehdiyeva “Xalqın suverenliyi müasir Azərbaycan Konstitusiyanın ideya əsası kimi”, AMEA-nın Tarix və Etnoqrafiya İnstitutunun “Sovet dövrü Azərbaycan tarixi” şöbəsinin aparıcı elmi işçisi, h.e.ü.f.d.,dos. İlham Əliyev “Müasir dövrdə Azərbaycan Konstitusionalizminin inkişafı” mövzusunda məruzə ilə çıxış etdilər.