02.07.2026, 11:07 - Baxış sayı: 29

Fəlsəfə və Sosiologiya İnstitutunun 2026-cı il üzrə yarımillik hesabatı dinlənilib


İyulun 2 də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi Şurasında institutun 2026-cı ilin yarımillik hesabatına həsr olunmuş iclas keçirilib.

AMEA Rəyasət Heyəti Aparatının elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Səfa Qarayev və Elmi Şuranın üzvlərinin iştirak etdiyi iclasda İnstitutun şöbələrində görülən işlərin yarımillik vəziyyəti müzakirə olunub.

Çıxış edən Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə gündəlikdəki məsələlər barədə məlumat verib. Professor bildirib ki, elmi nəticələrin beynəlxalq elmi mühitə inteqrasiyası İnstitutun qarşısında duran əsas vəzifələrdəndir.

Sonra İnstitutun yarımillik hesabatı haqqında məlumatı f.ü.f.d., dosent Sevinc Həsənova verib. Bu müddət ərzində İnstitut əməkdaşları tərəfindən gördükləri əsas işlər barədə ümumi hesabatla çıxış edərək  bildirib ki, 2026-cı ildə İnstitutda 2 elmi istiqamət, 6 problem, 19 mövzu üzrə 148 elmi tədqiqat işi yerinə yetirilməkdədir və onların nəticəsi olaraq İnstitut əməkdaşları tərəfindən 380əsər nəşr olunmuşdur. Bunlardan 16 monoqrafiya (o cümlədən 3-ü xaricdə, 12-si ölkədə, onlardan 1-i kollektiv monoqrafiya olmaqla), 4 toplu, 4 kitab, 3 tədris proqramı, 2 dərs vəsaiti çap olunmuşdur. Eləcə də 197 məqalə elmi jurnallarda (onlardan 120-i xaricdə, o cümlədən 20 məqalə impakt faktorlu jurnallarda və 14 məqalə Web of Science və scopus bazalarında), 14 konfrans tezisləri (onlardan 4-ü xaricdə), 140məqalə saytlarda və kütləvi informasiya vasitələrində dərc edilmişdir. Çap olunmuş məqalə və tezislərin ümumi sayı 351-dır. Google scholarda qeydiyyatdan keçmiş əməkdaşların sayı 122, məqalələrinə istinadların sayi 1836, Google scholardakı dərc olunmuş elmi işlərin sayı 3144, H-indeksi olan əməkdaşların sayı 58 olmuşdur. İnstitutun 32 əməkdaşının 19 xarici ölkədə oflayn və onlayn keçirilən konfranslarda 65 məruzələri dinlənilmişdir.

Həmçinin institutda keçirilmiş respublika və beynəlxalq konfranslar, sessiyalar, seminarlar və dəyirmi masalar haqqında məlumat diqqətə çatdırılıb.

Sonda Elmi Şuranın üzvləri yarımillik hesabata öz münasibətlərini bildiriblər.

Hesabat Elmi Şura üzvləri tərəfindən yaxşı hesab edilib.

2026 hesabat FSİ.pdf [1.22 Mb] (Downloads: 8)