12.10.2026, 13:20 - Baxış sayı: 7

Dövlət başçımızın Yeni Azərbaycan Partiyasının Qurultayındakı məruzəsi konseptual-ideoloji prioritetlərimizi müəyyən edir


Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışı ölkəmizin yeni tarixi mərhələdəki strateji hədəflərini müəyyənləşdirən mühüm proqram xarakterli məruzə olaraq diqqəti çəkir. Yeni siyasi reallıqların müasir dövrdə sturukturu olduqa dinamikdir. Bu reallıqlara öz milli və bəşəri dəyərlərini qoruyaraq yetişən Azərbaycan dünyada “orta güc “səviyyəsinə yetişmiş dövlətdir. Dövlətimizin başçısı Qurultayda sölədiyi tarixi çıxışında bütün amillərə diqqətı çəkərək həm də də ideoloji əhəmiyyətli yeni inkişaf dokrinasının hədəflərinə diqqəti yönəltdi. Dövlətimizin başçısı məruzəsində İkinci Qarabağ müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində əldə olunan tarixi zəfərin dünyada analoqu olmadığını, bu uğurun məhz Azərbaycan xalqının gücü, iradəsi və daxili birliyi sayəsində əldə edildiyini vurğuladı. Müzəffər siyasi iradə və xalqımızın birliyi müharibələr tarixində ərazi bütövlüyünü bərpa etməyin daha sürətli əldə olunmasının mümkünlüyü nümunəsini ortaya qoydu. Eyni zamanda bu istiqamətdə daha fundamental təhlillərin aparılması da elmi ictimaiyyət üçün aydın və geniş Yol Xəritəsi istiqamətlərini açır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında məruzəsini aşağıdakı mühüm paradiqmal amillərin nəzərdə saxlanılması istiqamətində təhlil edə bilərik:

- Ulu Öndər Heydər Əliyev siyası irsi hər zaman strateji və ideoloji prioritetimizdir.

- Dövlət, ordu və Xalq birliyini heç bir xarici güc sarsıda bilməz

- Cəmiyyətimizi kiber təhlukələrdən qorumaq bu gün ali hədəflərdəndr.

- Azərbaycan bütün qonşu dövlətlər ilə bərabər hüquqlu əməkdaşlığın daha da möhkəmləndirilməsi tərəfdarıdır.

- Bütün məqamlarda cəmiyyətin sosial institutları milli təhlükəsizlik maraqlarının pozulması hallarına qarşı səfərbər olmalıdır.

- Azərbaycanın orta güc dövləti səviyyəsinə yüksəldilməsi asanlıqla başa gəlməmişdir, bunu qorumaq və inkişaf etdirmək.

- Məruzədə həmçinin, milli ideologiyamızın daha da möhkəmləndirilməsi və inkişaf perspektivləri istiqamətində ictimai-humanitar elmlər qarşısında mühüm vəzifələr qoymuşdur.

Dövlət başçımız 20 sentyabr tarixinin ölkəmizin suverenliyinin tam bərpası kimi əbədi qalacağını, bununla da regionda uzunmüddətli münaqişə dövrünün qapandığını bildirdi. Cənab İlham Əliyevin Beynəlxalq zəmində diplomatik siyasəti nəticəsində Ermənistan hökuməti rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdığını elan etmişdir.

Çıxışda xüsusi olaraq informasiya təhlükəsizliyi və ideoloji məkanın yad ünsürlərdən qorunması məsələsinə toxunuldu. Xaricdən idarə olunan və xalqın birliyini sarsıtmağa yönəlmiş azərbaycandilli resursların məqsədli şəkildə yaradıldığına diqqət çəkən dövlət başçımiz buna qarşı cəmiyyətin və partiya fəallarının həssas olmasının vacibliyini vurğuladı. Aydındır ki, bu gün cəmiyyətlərin makro və mikro səviyyəsinə təhdidlər artır. Həta böyük güclər belə bu təsirlərə məruz qala bilir. Azərbaycan Prezidenti dünyanı əhatə edən mürəkkəb təsirlərin reqressiv istiqamətə daha sürətli cərəyan etməməsi üçün cəmiyyətimizin ideoloji əsaslarının möhkəmləndirilməsinin vacibliyini qeyd etdi.

Azərbaycanın dövlət başçısı ərazilərimiz işğal altında qaldığı illərdə hər zaman sülh danışıqlarına yer ayıraraq toleantlıq nümayiş etdirmişdir. Həmçinin, bir dövlət başçısı kimi ölkəmizi svilizasiyaların dialoqu məkanına çevirə bilmişdir. Prezident qurultaydakı çıxışında siyasətdə emosiyalara yer olmadığını, atılan hər bir addımın konkret milli maraqlara və uzunmüddətli strateji nəticələrə hesablandığını bəyan etdi. Azərbaycanın iqtisadi baxımdan tam müstəqil olduğunu, öz maliyyə və iqtisadi resursları hesabına inkişaf etdiyini, beynəlxalq müstəvidə isə "orta güc dövləti" statusunu möhkəmləndirdiyini bildirdi.

Çıxış həm daxili sabitliyin qorunması, həm də qlobal müstəvidə milli maraqların qətiyyətlə müdafiəsi baxımından ideoloji konsepsiyadır. Bu baxımdan dövlət başçımızın çıxışının istər kontent, istər ivent analizinin təhlilini aparsaq, o zaman görə bilərik ki, Azərbaycan olduqaca mürəkkəb dünya reallığında tolerantlıq və, dialoq mühitini nümayiş etdirərək böyük qələbəni əldə etmişdir. Bütünlükdə dövlət başçımızın çıxışında irəli sürülən müddəaları ideologiyamızın inkişafının perspektivlərinin parametrləri kimi də qəbul etməliyik. Eləcə də, dünyanı bürüyən müasir kataklizmlər zəminində, suverenlik və ərazi bütövlüyümüzün möhkəmləndirəcək siyasi, mədəni, texnoloji amilləri, prinsipləri gənc nəslə təlqin etməli və daha da möhkəmləndirməliyik.

xalqqazeti.az

Hüseyn İbrahimov,
Sosial fəlsəfə üzrə fəlsəfə doktoru,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi