17.07.2026, 14:51 - Baxış sayı: 7

Füzuli Qurbanovun “Heydər Əliyev - İlham Əliyev dövlət quruculuğu xətti: konseptual yanaşma” məqalələr toplusu nəşr olunub.


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “ İdrak nəzəriyyəsi və məntiq” şöbəsinin müdiri fəlsəfə elmləri doktoru Füzuli Qurbanovun “Heydər Əliyev - İlham Əliyev dövlət quruculuğu xətti: konseptual yanaşma” kitabı (məqalələr toplusu) nəşr olunub. (“Heydər Əliyev - İlham Əliyev dövlət quruculuğu xətti: konseptual yanaşma” (məqalələr toplusu). Bakı: “Bəxtiyar-4” İKF nəşriyyatı, 2025. 346 səh).

Məqalələr toplusunun elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, elmi redaktoru tarix elmləri doktoru Eynulla Mədətli, tərtibçi isə Rəşad Məmmədovdur.

Kitabda müəllifin 2023-2025-ci illərdə “Xalq ” qəzetində dərc edilmiş elmi-populyar xarakterli məqalələrinin bir qismi toplanmışdır. Onlar ümumilikdə müasir mərhələdə Azərbaycanda müstəqil dövlət quruculuğunun Heydər Əliyev-İlham Əliyev xəttinin bir sıra aspektlərinə aid olan mövzuları əhatə edir.