AMEA-nın prezidenti, akademik Akif Əlizadə fəlsəfə elmləri doktoru Adil Əsədova Rəyasət Heyətinin xüsusi diplomunu təqdim etmişdir
Fəlsəfə elmləri doktoru Adil Əsədov Mükafata elmi biliklərin və elmi nailiyyətlərin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətinə, o cümlədən kainat və onun əsas inkişaf mərhələlərinə həsr olunmuş elmi və elmi-populyar əsərinə görə layiq görülüb.
Qeyd edək ki, müsabiqəyə ümumilikdə ayrı-ayrı şəxslərin və kollektivlərin namizədliyini əhatə edən 31 iş təqdim olunmuşdur. Fəlsəfə İnstitutunun rəhbərliyi İnstitutun Estetika şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Adil Əsədovu təbrik edir, ona elmi fəaliyyətində uğurlar arzulayır.

